/ / “Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinə start verilib
“Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinə start verilib
16.05.2015 [11:57]
Azərbaycan Hökuməti ilə İslam İnkişaf Bankı tərəfindən maliyyələşən “Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” işlərinə start verilib. Dünən Daşkəsən şəhərində həmin layihə üzrə 2 x 500 kubmetr su tutumu olan yeni içməli su anbarının təməlqoyma mərasimi keçirilib.
Daşkəsən rayon ictimaiyyətinin və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinin iştirak etdiyi təməlqoyma mərasimini Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev açaraq deyib ki, bu layihənin həyata keçirilməsi Kiçik Qafqaz sıra dağlarının yüksəkliklərdə yerləşən su mənbələrindən, 20 kilometr məsafədən çəkilən su kəmərləri ilə Daşkəsən rayonunun sakinlərinin fasiləsiz, ekoloji cəhətdən təmiz su ilə təmin olunmasına imkan verəcək. Eyni zamanda, layihə üzrə görüləcək işlər nəticəsində dağ çayı, bir çox qonşu rayonların əhalisinin də istifadə etdikləri Qoşqar çayının çirkab sularla çirkləndirilməsinin qarşısı tamamilə alınacaq. Onun sözlərinə görə, iki ilə yaxın müddətdə icra olunacaq layihə ilə müasir tələblərə cavab verən su kəmərlərindən əlavə, Daşkəsən şəhərində 7 müxtəlif həcmli su anbarının və çirkab suların təmizləyici qurğusunun tikintisi də həyata keçiriləcək: “Bu layihənin həyata keçirilməsi Daşkəsən rayonunun 200 nəfərdən artıq əhalisinin də işlə təmin olunmasına şərait yaradacaq. Eyni zamanda, rayon sakinlərinin təmiz içməli su ilə təmin olunması, məişət şəraitinin yaxşılaşması ilə yanaşı, əhalinin sağlamlığının qorunmasına da olduqca müsbət təsir göstərəcək”.
Sonra çıxış edən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov əlamətdar gün münasibətilə daşkəsənliləri təbrik edərək bildirib ki, bu layihə çərçivəsində müasir tələblərə cavab verən yeni su kəmərlərinin, Daşkəsən şəhərində ümumi tutumu 4500 m3 olan 7 su anbarının, gündəlik gücü 3500 m3 olan 1 çirkab sutəmizləyici və 1 xlorator qurğusunun, 3 nasos stansiyasının tikintisi də həyata keçiriləcək. Layihədə əhalinin sayının 2035-ci ilədək artımı da nəzərə alınmaqla 2 su mənbəyindən (Qarainək, Gurbulaq) çəkilməklə magistral su xəttinin uzunluğu 20 km, içməli su şəbəkəsinin uzunluğu 18 300 p/m, kanalizasiya şəbəkəsinin uzunluğu isə 13 428 p/m təşkil edir. Beləliklə, Daşkəsən şəhərinin əhalisi bu layihə üzrə görüləcək işlər nəticəsində uzun illər boyu fasiləsiz içməli su ilə təmin ediləcək.
Tədbirdə çıxış edən “Çakır Yapı” şirkətinin adından koordinator Zəfər Murtuzov isə layihənin icrasının yüksək keyfiyyətlə və vaxtında başa çatdırılacağını söyləyib: “Layihənin icrasını çox böyük təcrübəsi olan Türkiyənin öndə gedən şirkəti həyata keçirəcək. İnanıram ki, layihə uğurla həyata keçiriləcək, eyni zamanda yerlərdə müəyyən qədər yerli işsiz əhali işlə təmin olunacaq, həyata keçirilən işlərdə çalışanlar üçün hər cür lazımi şərait yaradılacaq”.
“Çakır Yapı” şirkətinin prezidenti Şükrü Çakır çıxış edərək bildirib ki, Daşkəsən əhalisinin içməli su ilə təmin olunması və kanalizasiya xidmətləri üzrə layihə yüksək səviyyədə həyata keçiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

