/ / İnformasiya təhlükəsizliyinin multidissiplinar problemləri üzrə II Respublika elmi-praktiki konfransı keçirilib
İnformasiya təhlükəsizliyinin multidissiplinar problemləri üzrə II Respublika elmi-praktiki konfransı keçirilib
15.05.2015 [09:46]
Mayın 14-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunmuş İnformasiya təhlükəsizliyinin multidissiplinar problemləri üzrə II Respublika elmi-praktiki konfransı keçirilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransda ölkənin müvafiq dövlət qurumları, ali təhsil müəssisələri və AMEA-nın elmi-tədqiqat institutlarının informasiya texnologiyaları sahəsi üzrə tədqiqatçıları və mütəxəssisləri, KİV nümayəndələri iştirak ediblər.
Konfrans Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunmuş sərgi ilə öz işinə başlayıb.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunan konfransı Azərbaycan elmi ictimaiyyəti üçün mühüm hadisə kimi qiymətləndirib. Beynəlxalq Telekommunikasiya İttifaqının öz fəaliyyəti ilə dünyada bəşəriyyətin ən çox ehtiyac duyduğu sahələrdən biri olan kommunikasiya mühitinin formalaşması və inkişafına xidmət etdiyini, 2006-cı ildə BMT tərəfindən bu təşkilatın yaranma tarixinin Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi təsis edildiyini diqqətə çatdırıb. Bildirib ki, bu təşkilat müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının (İKT), o cümlədən internetin inkişafında, qlobal informasiya cəmiyyətinin formalaşmasında və onun təhlükəsizliyinin təmin edilməsində, bu sahədə inkişaf konsepsiyaları, model qanunlar, standartlar və digər tənzimləmə mexanizmlərinin işlənib hazırlanmasında mühüm rol oynayır.
A.Əlizadə Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqının üzvü olduğunu və bu qurumla əməkdaşlıq əlaqələrinə böyük diqqət göstərildiyini qeyd edib.
Akademik Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün builki mövzusunun “Telekommunikasiya və İKT: innovasiyaların hərəkətverici qüvvələri” olduğunu bildirib. Mövzunun aktuallığını önə çəkərək İKT sektorunun inkişafının və informasiya cəmiyyətinin bərqərar olmasının məhz səmərəli innovativ fəaliyyətdən asılı olduğunu, eyni zamanda İKT-nin imkanlarından istifadə etmədən innovativ inkişafa nail olmağın qeyri-mümkünlüyünü vurğulayıb.
Bəşəriyyətin gələcəyinin İKT-nin imkanlarına əsaslanan innovativ inkişafla bağlı olduğunu söyləyən alim “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsinin əsas hədəflərdən olduğunu nəzərə çatdırıb. Bu hədəfə çatmaq üçün isə təhlükəsiz informasiya cəmiyyəti və biliklər iqtisadiyyatının formalaşması, elmtutumlu texnologiya, məhsul və xidmətlərin yaradılması proseslərinin sürətləndirilməsinin vacibliyini söyləyib.
AMEA prezidenti, həmçinin “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da informasiya təhlükəsizliyinin təmin olunmasına xüsusi yer ayrıldığını bildirib. Qeyd edib ki, ölkəmizdə bu məsələ ilə bağlı AMEA-nın qarşısında mühüm vəzifələr dayanır və akademiyada informasiya texnologiyalarının bir istiqaməti olan informasiya təhlükəsizliyinin elmi-nəzəri problemlərinin araşdırılmasına, bu sahə üzrə elmi kadrların hazırlanmasına xüsusi diqqət yetirilir.
Alim elm və təhsil şəbəkələri üzrə milli operator olan “AzScienceNet” elm-kompyuter şəbəkəsindən söz açaraq onun fəaliyyətinin əsas istiqamətlərindən birinin məhz informasiya təhlükəsizliyi ilə bağlı olduğunu nəzərə çatdırıb.
“İnformasiya təhlükəsizliyi sahəsi üzrə elmi kadrların hazırlanması istiqamətində görülən tədbirlərdən biri də Heydər Əliyev Fondu, Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirlikləri, həmçinin AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadasının keçirilməsidir. Hər il təşkil olunan bilik yarışının əsas məqsədi istedadlı tələbələrin informatika və proqramlaşdırma sahəsində gələcəyin mütəxəssisi olmasına dəstək verməkdir. Heç şübhəsiz ki, bu kimi müsabiqələrdə fərqlənən gənclərin əksəriyyəti bu sahə üzrə peşəkar kadr kimi formalaşırlar”, - deyə A.Əlizadə bildirib.
Sonda akademik Azərbaycanda informasiya təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasına yönəlmiş konfransın əhatə dairəsinin gələcəkdə ölkə hüdudlarından kənara çıxmasını və beynəlxalq status almasını məqsədəuyğun hesab etdiyini söyləyib.
“İnformasiya təhlükəsizliyi sahəsində dövlət siyasəti” mövzusunda məruzə ilə çıxış edən rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov informasiya təhlükəsizliyinin lazımi səviyyədə təmin olunmasının dövlət siyasətinin prioritet məsələlərindən biri olduğunu və bu istiqamətdə məqsədyönlü işlər aparıldığını diqqətə çatdırıb. Qeyd edib ki, informasiya təhlükəsizliyinin təmin olunması üçün dövlətin, xüsusən də cəmiyyətin intellektual potensialının səfərbər edilməsi vacibdir.
AMEA-nın akademik katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “XXI əsrin informasiya təhlükələri və onlarla mübarizə strategiyaları” adlı məruzəsini təqdim edib. Bildirilib ki, XX əsrin sonu - XXI əsrin əvvəllərindən başlayaraq bəşəriyyət qarşısında mövcud olan təhlükələrin sırasına informasiya təhlükələri də daxil olmuşdur. Bu qısa zaman intervalında internetin bəşəri dəyərlərinin formalaşması və kristallaşması olduqca çətin prosesdir. İnformasiya təhlükəsizliyinin təmin olunması üçün dövlətin həyata keçirdiyi tədbirlərlə yanaşı, elmi ictimaiyyətin də fəal iştirak və müdaxiləsi tələb olunur.
Alimin sözlərinə görə, informasiya texnologiyalarının inkişafı cəmiyyətin həyatının demək olar ki, bütün sahələrində yalnız müsbət deyil, həm də mənfi nəticələr doğurur. Bu səbəbdən informasiya təhlükəsizliyi məsələsinə qlobal problem kimi yanaşmaq və informasiya təhlükələri ilə mübarizəyə hazır olmaq zəruridir.
R.Əliquliyev informasiya təhlükələri ilə mübarizə aparılması üçün müdafiə mexanizmlərinin yaradılmasının zəruriliyini vurğulayıb. Qeyd olunub ki, ölkə səviyyəsində qurulan milli strategiya informasiya təhlükəsizliyi sisteminin ən mühüm alt sistemlərindən biri də böyük imkanlara malik CERT şəbəkəsidir. Ölkə üzrə rast gəlinən təhlükələr haqqında bilgilər CERT çərçivəsində bir yerə toplanmalı, analiz edilməli, araşdırılmalı və onlara qarşı mexanizmlər təklif olunmalıdır. Alim informasiya təhlükələrinə qarşı ən səmərəli strategiyalardan birinin vətəndaşlarda informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması olduğunu qeyd edib.
“Real dünyanın virtual problemləri, virtual dünyanın isə real problemləri həllini gözləyir”, - deyən R.Əliquliyev İKT sahəsində mövcud olan elmi problemlərin həlli üçün ölkənin bütün alim və mütəxəssislərini, elmi qurumlarını birgə əməkdaşlığa səsləyib.
Plenar iclasda həmçinin AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, AMEA Fəlsəfə və Hüquq İnstitutunun direktor müavini, hüquq elmləri doktoru, professor Bəhram Zahidov və digərləri çıxış ediblər.
Daha sonra “Ali məktəb tələbələri arasında informatika üzrə X ümumrespublika olimpiadası”nın qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Qaliblərə qiymətli hədiyyələr təqdim olunub.
Konfrans 3 paralel seksiya iclasında davam etdirilib. “İnformasiya təhlükəsizliyinin humanitar problemləri”, “E-dövlətin informasiya təhlükəsizliyi” və “İnformasiya təhlükəsizliyinin təmin edilməsi texnologiyaları” mövzuları üzrə seksiya iclaslarında informasiya təhlükəsizliyinin müxtəlif istiqamətlərində aktual məsələləri əhatə edən məruzələr dinlənilib. İnformasiya təhlükəsizliyinin siyasi, hüquqi və hərbi problemləri, qlobal informasiya məkanında dövlətlərin informasiya suverenliyi problemləri, milli informasiya təhlükəsizliyi sisteminin formalaşdırılması, media və informasiya təhlükəsizliyi, e-dövlətin informasiya təhlükəsizliyi, informasiya təhlükəsizliyinin qanunvericilik bazasının təkmilləşdirilməsi, informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması problemləri və s. mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, konfransa ölkənin müxtəlif dövlət, elm və təhsil müəssisələrindən 74 elmi məruzə təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18

