“Alov Qoruyanlar”
14.05.2015 [10:13]
İlk Avropa Oyunlarının keçirilməsinə sayılı günlər qalıb. Hazırda ölkəmizdə bu idman yarışına ciddi hazırlıq işləri sürətlə davam edir və demək olar ki, dünya idman tarixində mühüm hadisə olacaq ilk Avropa Oyunlarına Azərbaycan tam hazırdır. İlk Avropa Oyunlarının Bakıda təşkili Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, idman aləmində önəmli yer tutmasına şərait yaradacaq.
Sevindirici haldır ki, dünyanın diqqətini çəkən ilk Avropa Oyunlarını hazırda bütün ictimaiyyət nümayəndələri kimi gənclər, eləcə də, “Bakı-2015”in könüllüləri də səbirsizliklə gözləyirlər.
Ənənəmizə sadiq qalaraq “Yeni Azərbaycan” qəzetinin “Alov Qoruyanlar” adlı rubrikasında ilk Avropa Oyunlarında fəaliyyət göstərəcək növbəti könüllü gənclərimizi oxucularımıza təqdim edirik.
“İlk Avropa Oyunları qədim İpək yolu üzərində yerləşən Azərbaycanın tarixini, zəngin mədəni dəyərlərini tanıtmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Bu yarışlar həm də xalqlar arasında qardaşlıq, dostluq və həmrəylik əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək”. Bunu qəzetimizə müsahibəsində Dövlət İdarəçilik Akademiyasının III kurs tələbəsi, “Bakı-2015”in könüllüsü Camal Rzayev deyib. Onun sözlərinə görə, Azərbaycan mühüm beynəlxalq tədbirlərin və idman yarışlarının keçirilməsi sahəsində çox böyük təcrübə əldə edib: “Ölkəmizin iqtisadi inkişafını nəzərə alan Avropa Olimpiya Komitəsi 2012-ci ildə Romada keçirilən iclasında bu tədbirin 2015-ci ildə Azərbaycanda keçirilməsi barədə qərar qəbul edib. Bu isə, öz növbəsində, Beynəlxalq və Avropa Olimpiya Komitəsinin ölkəmizə göstərdiyi etimadın bariz nümunəsidir”.
“Bakı-2015”in könüllüləri sırasına qatıldığı üçün qürur hissi keçirdiyini deyən Camal Rzayev, həmçinin, görəcəyi işlərdən də danışıb: “Bilirəm ki, bu yarışda iştirakım mənə bu sahədə zəngin təcrübə əldə etmək imkanı verəcək. Bir də ona görə sevinirəm ki, bu Oyunlarda iştirakım mənə ölkəmizə gələcək qonaqlara Azərbaycanın qonaqpərvərliyi, nə qədər sülhsevər xalq olduğu haqqında ətraflı məlumat vermək imkanı qazandıracaq”.
Azərbaycan Texniki Universitetinin I kurs tələbəsi, “Bakı-2015”in könüllüsü Əmirxan İdrisov da ilk Avropa Oyunlarında könüllü kimi iştirakından məmnun olduğunu və bu işə çox zövqlə yanaşdığını bildirib: “Eşidəndə ki, müsabiqə keçirilir, çox sevindim. Dərhal müsabiqələrə qatıldım və müsabiqədən keçdim. Görəcəyim işdən də razıyam. Bu mötəbər tədbirdə ölkəmi təmsil etmək mənə zövq verir. Könüllülər ailəsinə qoşulduğum üçün də xoşbəxtəm. Çünki çox gözəl zaman keçiririk, böyük təcrübə, yeni dostlar, yeni tanışlar qazanırıq. Bütün bu faktorlar biz gənclər üçün çox vacibdir. Könüllü olmaq həm karyeramızda, həm də şəxsi professional inkişafımızda böyük rol oynayacaq. Bu yarışlarda idmançılarımızdan böyük nailiyyətlər, qızıl medallar gözləyirik. Ümidvaram ki, onlar azarkeşlərin etimadını doğruldacaq və bu dəfə də bizə qələbə sevinci yaşadacaqlar”.
Vüsalə CAVANŞİR
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14

