/ / “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda müsabiqənin qalibləri mükafatlandırılıb
“Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda müsabiqənin qalibləri mükafatlandırılıb
07.05.2015 [10:06]
Hicran Hüseynova: Ümummilli lider Heydər Əliyev hər zaman qadınlara etimad göstərərək onları bilik və bacarığına, istedadına görə qiymətləndirib, rəhbər vəzifələrə təyin edib
Dünən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən xalqımızın Ümummilli lideri, müasir, müstəqil dövlətimizin qurucusu və banisi Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdən əvvəl Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyi və təmsilçiləri, tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.
Tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Vüqar Səlimov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, millət vəkili Gülçöhrə Məmmədova, millət vəkili Sahibə Qafarova, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə, modelyer Fəxriyyə Xələfova, jurnalist Flora Xəlilzadə və digər nümayəndələr, jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova açaraq bildirib ki, müsabiqənin keçirilməsində məqsəd Ümummilli lider Heydər Əliyevin Azərbaycan qadını haqqında söylədiyi fikir və tövsiyələri dövlət qadın siyasətinin inkişaf istiqamətlərinin proqramı kimi gənclər arasında təbliğ etmək, istedadlı jurnalistlərin yaradıcılıq imkanlarının aşkar olunmasına şərait yaratmaqdır. Hicran Hüseynova, həmçinin, qeyd edib ki, həyatımızın hər anını əhatə edən informasiya məkanında gender, qadın və uşaq hüquqları, məişət zorakılığı kimi spesifik yanaşma və məsuliyyət tələb edən mövzularda bəzən jurnalistlər bununla bağlı məlumatları tam araşdırmadan, subyektiv formada çatdırırlar ki, bu da insanlara səhv informasiyaların çatdırılmasına və bir sıra xoşagəlməz halların yaranmasına gətirib çıxarır. Bu səbəbdən də bu kimi maarifləndirici müsabiqələrin keçirilməsinə ehtiyac var: “Ümummilli lider Heydər Əliyev hər zaman qadınlara etimad göstərərək onları bilik və bacarığına, istedadına görə qiymətləndirib, rəhbər vəzifələrə təyin edib. Ulu öndər Heydər Əliyev bu sahədə həm də qanunvericilik bazasının yaradılması üçün böyük işlər görüb. Ona görə də komitənin keçirdiyi müsabiqənin Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilməsi təsadüfi deyil. Hesab edirəm ki, mətbuat orqanlarında qadın mövzusu hər zaman aktual olmalı, biz cəmiyyətdə qadın problemlərinin həlli üçün səylərimizi gücləndirməliyik. Müsabiqəyə təqdim olunan yazıların sayının hər il artması onu göstərir ki, jurnalistlərimiz bu həssas mövzuya laqeyd deyillər”.
Daha sonra Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Vüqar Səlimov çıxış edərək dövlətin qadın siyasətinə olan xüsusi qayğısından, qanunlardan, fərman və sərəncamlardan bəhs edərək bildirib ki, Azərbaycanda qadınlarla bağlı məsələlərə dövlətin xüsusi diqqət göstərməsi onlara olan dəyərin göstəricisidir: “Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi qadın siyasəti bu gün Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılmaqdadır. Belə ki, Azərbaycan qadınları bütün sahələrdə ölkəmizin inkişafına öz töhfəsini verir. İstər siyasi arenada, istərsə də ictimai işlərdə fəallıq göstərən qadınlarımız millət vəkilləri, bələdiyyə sədrləri kimi öz sözlərini deməkdədirlər”.
Daha sonra “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu ölkənin ictimai həyatında qadınların fəal iştirakından söz açıb və bildirib ki, jurnalistikada qadınların hüquqlarının müdafiəsi məsələsi ayrıca bir mövzudur.
Tədbirdə, həmçinin, millət vəkili Gülçöhrə Məmmədova, Rəşad Məcid, Rəna Mirzəzadə, Flora Xəlilzadə də çıxış edərək bu müsabiqənin əhəmiyyətindən, mövzunun aktuallığından bəhs edərək bildiriblər ki, Azərbaycan qadınları qərar qəbuletmədə, dövlət əhəmiyyətli tədbirlərdə uğurla təmsil olunurlar.
Sonda müsabiqənin qalibləri mükafatlandırılıblar. 3-cü yerə Kərimova Səadət (“Hacıqabul” qəzeti), Əliyeva Fərəh (“Bakupost.az”), 2-ci yerə Cəfərova Aygün (“Kaspi”), Zeynalov Zamin (“Millixəbər.az”), 1-ci yerə isə Ağayeva Məhsəti (“Aran” qəzeti) layiq görülüblər.
Xəbər lenti
Hamısına baxElm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59

