Heydər Əliyevin milli dövlətçilik konsepsiyası və Naxçıvanda qəbul olunmuş tarixi qərarlar
07.05.2015 [10:04]
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar mayın 6-da Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyində “Heydər Əliyevin milli dövlətçilik konsepsiyası və Naxçıvanda qəbul olunmuş tarixi qərarlar” adlı “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
“Dəyirmi masa”da çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov Ulu öndər Heydər Əliyevin son dərəcə zəngin və mənalı həyat yolu və fəaliyyətinin müxtəlif dövrlərindən ətraflı bəhs edib. O qeyd edib ki, hər bir bayramın böyüklüyü ilk növbədə həmin bayramla bağlı olan hadisənin xalqın tarixində tutduğu yer və dövlətin taleyində oynadığı rol ilə ölçülməlidir. Bu baxımdan yanaşsaq Ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki yeri nə qədər önəmlidirsə, onun doğum günü də xalqımız üçün bir o qədər böyük bayramdır.
Qeyd edilib ki, Ulu öndər Azərbaycan tarixində dönüş yaradaraq ölkənin istiqamətini tənəzzüldən tərəqqiyə doğru çevirən şəxsiyyətdir. Heydər Əliyev Azərbaycan tarixində yeganə şəxsiyyətdir ki, doğum günü öz tarixi önəminə görə tamamilə haqlı olaraq milli bayram statusu daşıyır.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli “dəyirmi masa”da “Heydər Əliyevin müstəqil dövlətçilik təliminin Naxçıvan dərsləri” adlı məruzə ilə çıxış edib. O bildirib ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin yaradıcısı, həm də Azərbaycanda müstəqil dövlətçilik konsepsiyasının banisidir. Heydər Əliyevin zəkası, müdrikliyi, təcrübəsinin birləşməsi nəticəsində mükəmməl bir dövlətçilik konsepsiyası yaranıb ki, bu, bizim üçün bir qanundur. Bu, həm də digər müstəqillik qazanmış ölkələr üçün mükəmməl modeldir.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov, Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov, Milli Məclisin deputatları Musa Qasımlı, Qüdrət Həsənquliyev, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İftixar Piriyev, Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi, əməkdar mədəniyyət işçisi Zərifə Salahova və başqaları “dəyimi masa”da çıxış edərək Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında göstərdiyi tarixi xidmətlərdən danışıblar.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34

