Bakı Dövlət Universitetində keçirilən beynəlxalq konfransa 170-dən çox məruzə təqdim edilib
06.05.2015 [10:04]
Mayın 5-də Bakı Dövlət Universitetində (BDU) “Heydər Əliyevin Azərbaycan Respublikasının hüquq elminin və təhsilinin inkişafında rolu” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş konfransda çıxış edən BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov görkəmli dövlət xadimi Heydər Əliyevin vətən və xalq qarşısındakı tarixi xidmətlərindən, Azərbaycan hüquq elminin və təhsilinin inkişafındakı böyük rolundan danışıb. Konfransda xarici ölkələrdən olan alimlərin iştirakını yüksək dəyərləndirən rektor bölmə iclaslarında mövzuya dair mühüm məruzələrin dinləniləcəyini, hüquq sistemi, hüquq elmi və təhsilinin inkişafı ilə bağlı müzakirələrin aparılacağını bildirib, iştirakçılara uğurlar arzulayıb.
BDU-nun hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev altı bölmə üzrə keçirilən konfransa Azərbaycandan və müxtəlif ölkələrdən 170-dən çox məruzənin təqdim edildiyini diqqətə çatdırıb. Sonra Ə.Əliyev fakültənin təsis etdiyi “Tələbə hüquq jurnalı”nın birinci buraxılışını təqdim edib. Məlumat verilib ki, jurnalda tələbələrin məqalələrinə geniş yer ayrılir və ən yaxşı məqalənin müəllifləri mükafatlandırılır.
Konfransda ilk olaraq Kiyev Milli Aviasiya Akademiyasının professoru, Ukraynanın Əməkdar elm xadimi Arif Quliyevin “Söz Heydər Əliyevin ən güclü silahıdır” mövzusunda məruzəsi dinlənilib. Qeyd edilib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev bütün sahələrdə, o cümlədən ana dilimizin inkişafında, təbliğində həmişə örnək olub. O, hər bir auditoriyanın səviyyəsini məharətlə müəyyənləşdirir, nitqini buna uyğun qururdu. Azərbaycan dilini qoruyub saxlamaq, inkişaf etdirmək onun həyat amalı idi. Ulu öndər Azərbaycan dilinə xalqımızın əvəzsiz tarixi sərvəti kimi yanaşırdı. Heydər Əliyevin işlətdiyi sözlər, ifadələr, cümlələr, söz və cümlələrin sıralanması, sözə və ifadəyə xüsusi məna verməsi, fikirlərini çox sadə, anlaşıqlı tərzdə çatdırması müdrik dövlət xadiminin başlıca silahı idi. Bu mənada O, ən məşhur natiqləri belə heyran qoyurdu.
Sonra Ukrayna Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Oleq Zayçuk, ABŞ-ın Tuleyn Universiteti Hüquq Məktəbinin dekanı, professor Martin Davies, Andjey Modjevski adına Krakov Akademiyasının professoru Aleksandr Merejko (Polşa), Ukrayna Dövlət Vergi Xidməti Milli Universitetinin professoru Leonid Timçenko, BDU-nun hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev məruzələrlə çıxış ediblər.
Konfransda, həmçinin Kiyev Milli Aviasiya Universitetinin professoru Arif Quliyevin “Ukrayna-Azərbaycan münasibətləri: hüquq, siyasət, diplomatiya” kitabının ikinci cildinin təqdimatı keçirilib. Çıxış edənlər kitabın məziyyətlərindən danışıb, nəşrin Ukrayna ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişafına töhfə verəcəyinə əminliklərini bildiriblər.
Daha sonra beynəlxalq konfrans işini “İnsan hüquqları”, “Avropa hüququ”, “Beynəlxalq hüquq”, “Dövlət və hüquq nəzəriyyəsi və tarixi, konstitusiya hüququ”, “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası”, “Mülki hüquq, mülki proses və kommersiya hüququ, əmək və ekologiya hüququ” bölmələri üzrə davam etdirib.
Bölmə iclaslarında “XXI əsr və insan hüquqlarına yeni yanaşmalar”, “Avropa cinayət hüququnun aktual problemləri”, “Beynəlxalq nəzarətin forma və metodları”, “Konstitusiyanın sosial-siyasi mahiyyəti və funksiyaları”, “Heydər Əliyevin ideyaları gələcəyimizin və inkişafımızın qarantıdır” və digər mövzularda məruzələr dinlənilərək müzakirə olunub.
Konfrans mayın 6-da işini bölmə iclasları ilə davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45

