“Alov Qoruyanlar”
05.05.2015 [10:27]
“Bakı-2015” ilk Avropa Oyunlarına sayılı günlər qalır. Hazırda bu mötəbər idman yarışına hazırlıq işləri sürətlə davam edir. Sevindirici haldır ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsini ictimai təşkilatlarla yanaşı, gənclər, eləcə də, “Bakı-2015”in könüllüləri də dəstəkləyirlər. Həyata keçirilən Avropa Oyunlarının könüllü proqramı gənclərin “Bakı-2015” Avropa Oyunlarına qoşulması və beynəlxalq arenada Azərbaycanı dəstəkləməsi üçün gözəl imkan yaradacaq. Könüllülərin ilk Avropa Oyunlarında “Alov Qoruyanlar” kimi tanınması isə gənclərimizə ölkəmizin qonaqpərvərliyi və idman entuziazmına töhfə vermək üçün yeni imkanlar yaradacaq. “Yeni Azərbaycan” qəzeti bu gündən etibarən “Alov Qoruyanlar” adlı yeni rubrikaya başlayır. Bu rubrikada ilk Avropa Oyunlarında fəaliyyət göstərəcək könüllü gənclərimizi oxucularımıza təqdim edəcəyik.
“Alov Qoruyanlar” bu yay “Bakı-2015” Avropa Oyunlarının möhtəşəm idman bayramına çevrilməsinə kömək göstərəcək və daimi bir irs yaradacaqlar”. Bunu qəzetimizə açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilk Akademiyasının III kurs tələbəsi, “Bakı-2015”in könüllüsü Sərdar Sərdarov deyib: “Biz idmançılara, rəsmi şəxslərə və tamaşaçılara özlərini evlərindəki kimi hiss etmələrinə kömək edəcəyik. Fəxr edirik ki, biz bu tarixi hadisədə iştirak edəcəyik. Mən bu haqda eşidən kimi müsabiqəyə qatıldım və müsabiqədən uğurla keçdim. Eləcə də, mənim kimi minlərlə gənc bu gün könüllülər sırasındadır. Düşünürəm ki, onların bu yarışlarda iştirakı olduqca vacibdir. Çünki bu mötəbər yarışların ölkəmizdə keçirilməsi Avropa Olimpiya Komitəsinin respublikamıza olan etimadı kimi dəyərləndirilməlidir. Tarixi əhəmiyyətə malik bu Oyunların Azərbaycanda keçirilməsi həm də ölkəmizi dünya səviyyəli idman məkanı kimi tanıtmağa imkan verəcək. Bu baxımdan könüllülərin sırasına qatıldığım üçün çox sevinirəm və qürurlanıram”.
“Bu oyunlarda idmançılar yarışın ürəyi, biz könüllülər isə ruhu hesab olunuruq”. Bunu isə qəzetimizə açıqlamasında “Bakı-2015”in könüllüsü Tamilla Hüseynova deyib: “Uzun illərdir müxtəlif beynəlxalq tədbirlərdə tərcüməçilik işləri ilə məşğul olmuşam. Çalışmışam ki, ölkəm, Vətənim üçün nə isə edim. Könüllərin sırasına qatılmağım da bu səbəbdəndir. Eşidəndə ki, müsabiqə elan olunub düşünmədən getdim. Müsabiqədə iştirak edərək könüllülərin sırasına qatıldım. İndi könüllülərin sırasında olduğum üçün fəxr edirəm”.
Tamilla Hüseynova, həmçinin, Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin idmanın kütləviliyinə nail olmaqla yanaşı, eyni zamanda, bədən tərbiyəsi və idmanın geniş coğrafi məkanda inkişaf və təbliğ etdirilməsinə də mühüm təsir göstərəcəyini bildirib: “Ölkəmiz istər idmanı, istərsə də incəsənəti ilə hər zaman öndə olub. Müasir Azərbaycan gənci olaraq düşünürəm ki, “Bakı-2015” ilk Avropa Oyunları bizi dünyaya idmansevər bir ölkə kimi tanıdacaq. Doğrudur, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsini indi bir çox dövlətlər həzm edə bilmirlər. Ona görə də, ölkəmizin əleyhinə təbliğat aparırlar. Ancaq onlar anlamalıdırlar ki, bu hərəkətləri ilə heç nəyə nail ola bilməyəcəklər. İndi kimliyindən asılı olamayaraq, hər kəs bilməlidir ki, Azərbaycan tolerant və demokratik yolla inkişaf edən bir dövlətdir”.
Vüsalə CAVANŞİR
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

