ADİU-da “Heydər Əliyev və müasir Azərbaycanın aqrar siyasəti” mövzusunda konfrans keçirilib
01.05.2015 [10:02]
Dünən Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan “Heydər Əliyev və müasir Azərbaycanın aqrar siyasəti” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbir Fəxri Xiyabanı ziyarətlə başlayıb. Konfrans iştirakçıları Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, Onun məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı önünə tər çiçəklər qoyulub.
Tədbiri giriş sözü ilə açan ADİU-nun rektoru, professor Ədalət Muradov Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə aqrar sahəni iqtisadiyyatın prioritet istiqaməti kimi qiymətləndirdiyini, bu sahəyə xüsusi diqqət ayırdığını bildirib. Qeyd edib ki, Onun bilavasitə rəhbərliyi və nəzarəti ilə aparılan aqrar siyasət həmin vaxtlar çox qısa müddətdə öz müsbət nəticəsini göstərib.
Sonra Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, professor Eldar İbrahimov Ulu öndər Heydər Əliyevin hələ o dövrdə pambıqçılıq və üzümçülük sahəsində apardığı islahatlardan danışıb. Bildirib ki, bu gün ölkədə aparılan torpaq islahatları Ümummilli liderin yaratdığı torpaq islahatı modeli kimi qəbul edilir. 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsinə diqqət çəkən komitə sədri bildirib ki, ölkədə təməlini Ulu öndərin qoyduğu müasir aqrar siyasət Prezident İlham Əliyevin rəhbərliyi, diqqət və qayğısı sayəsində uğurla davam etdirilir. Gələcəkdə ölkəmizin aqrar sahəsi dünya iqtisadiyyatına daha geniş inteqrasiya olunmaqla respublika əhalisinin yüksəkkeyfiyyətli ərzağa olan tələbatını yerli istehsal hesabına təmin edəcək. Çünki bu prosesin bünövrəsi xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub.
Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin 2003-cü ildən bu günədək respublikanın aqrar bölməsinin inkişafı üçün müəyyən etdiyi dövlət siyasətindən danışıb. Dövlət başçısının rəhbərliyi ilə ölkədə müasir aqrar siyasətin həyata keçirilməsindən, eyni zamanda, ərzaq təhlükəsizliyi, emal sənayesinin və ümumilikdə, qeyri-neft sektorunun inkişafından söz açıb. Bildirib ki, kənd təsərrüfatı məhsulları istehsalçılarının tələbatının təmin edilməsi istiqamətində mühüm addımlar atılıb.
İqtisad elmləri doktoru Müslüm İbrahimov Azərbaycanda bu sahənin inkişafında Ulu öndərin rolundan danışıb. Bildirib ki, aparılan uğurlu islahatlar nəticəsində ölkədə müstəqil aqrar siyasət formalaşıb. İslahatların ikinci mərhələsində aqrar sənaye kompleksinin yaradılması, istehsalın təmərküzləşməsi haqda məlumat verib.
Tədbirdə rektor, professor Ə.Muradov “Kənd təsərrüfatı ili” çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə ADİU-nun Qida məhsulları texnologiyası və Ərzaq mallarının əmtəəşünaslığı və ekspertizası kafedraları nəzdində laboratoriyaların yaradılmasını təklif edib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına üzv olan ADİU-nun müəllim və tələbələrinə üzvlük bileti təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50

