Heç bir “qara piar” Azərbaycanın dünyadakı müsbət imicini sarsıda bilməz
01.05.2015 [09:40]
Azərbaycan gücləndikcə düşmənləri qapıldıqları həyacanı daha açıq büruzə verməyə başlayıblar. Azərbaycanın və azərbaycanlıların qüdrətini dünyaya növbəti dəfə nümayiş etdirəcək tədbirin, yəni I Avropa Oyunlarının astanasında müxtəlif daxili və xarici qüvvələr “qara piar” kampaniyalarına əl atıblar. Hələ xariciləri qoyuram bir kənara, daxilimizdə düşmən dəyirmanına su tökənlərdən danışaq.
Çox qəribədir, niyə biz hələ də ümumxalq, ümumdövlət məsələlərini şəxsi, ölkədaxili məsələlərlə səhv salırıq. Öz adımdan deyə bilərəm ki, mən fərd olaraq deyil, xalq olaraq mövcudluğumu hiss edirəm. Mən xalqımın vüqarına, qüruruna, vətənpərvərliyinə əmin olaraq özümü “Mən” yox, “Biz” olaraq görürəm. Və inanıram ki, cəmiyyətimizin belə düşünən insanları kifayət qədər çoxdur. Lakin həmin insanlar belə “qara piar” kampaniyalarının alətinə çevrilən cahil, düşüncəsiz və şüursuz davranan digərlərini də oyatmalı və vaxtında millətimizi də, dövlətimizi də belə məkrli təxribatlardan qorumalıdırlar. Bir millətin varlığı və davamlılığı üçün güclü bir dövlətə sahib olması zəruridir. Çünki dövləti dövlət edən xalqdır, xalqın birliyidir. Dövlətin dünya əhəmiyyətli məsələlərində xalqına güvənməsidir əsl dövlətin böyüklüyü.
Azərbaycanın iqtidarından, müxalifətindən asılı olmayaraq, ölkənin xeyrində də, şərində də dövlətinin yanında olmağı bacaran, bu ölkəyə, bu dövlətə hər halıyla bağlı olan, düşmən dəyirmanına su tökməkdən yan qaçan, təfəkkürü ilə qara niyyətli qüvvələrin verdikləri kirli pullardan uzaq olan, səmimi, qeyrətli vətəndaşlara ehtiyacı var...
Bütün bunları nəzərə alaraq hesab edirəm ki, Azərbaycan kimi multikulturalizmə açıq, fərqli dinlərə, irqlərə tolerant yanaşan bir ölkədə pərakəndəlik yaradıb, dağıdıcı inqilablara yol açan qüvvələrin əlində heç bir azərbaycanlı alət olmamalıdır. Bunun üçün gəlin vətənpərvərliyimizi, millətsevərliyimizi dildə yox, əməldə münayiş etdirək.
İnanıram ki, I Avropa Oyunları zamanı Azərbaycana gələcək əcnəbilər azərbaycanlıların sahib olduqları müsbət keyfiyyətlərin yarısı ilə tanış olsalar, heç bir “qara piar” Azərbaycanın dünyadakı müsbət imicini sarsıda bilməz.
Xalidə XALİD
Araşdırmaçı - yazar
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 10:17
Gündəm
18 İyun 09:45
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28

