“Azərsun Holdinq” çay plantasiyalarını genişləndirir
29.04.2015 [10:11]
Ötən il Masallıda yaradılan 100 hektarlıq sahədə çay kollarının yetişdirilməsi üçün müasir suvarma sistemləri və digər avadanlıqlardan istifadə olunur
Azərbaycanda çayçılığın inkişafında müstəsna rol oynayan “Azərsun Holdinq” bu sahənin inkişaf etdirilməsi üçün müxtəlif layihələr reallaşdırmağa davam edir. Prezident İlham Əliyevin çayçılıqla bağlı tapşırıq və göstərişlərinə əsasən şirkət ölkəmizdə daha çox çay məhsullarının istehsal edilməsi üçün zəruri addımlar atır. Belə ki, plantasiyaların sayını artıraraq ərazilərini genişləndirən şirkət milli markalarımızın bütün dünyada tanınmasını qarşısında dayanan prioritet məsələlərdən hesab edir.
Məsələn, ötən il Masallıda yaradılan 100 hektarlıq sahədə çay kollarının yetişdirilməsi üçün müasir suvarma sistemləri və digər avadanlıqlardan istifadə olunur. Yaxın aylarda bu sahəyə Lənkəran Çay Fabrikində yetişdirilən 500 min çay şitili köçürüləcək. Bundan əlavə, “Azərsun Holdinq” ölkəmizdə çayçılığın inkişafı və yerli fermerlər arasında çayçılığı təşviq etmək üçün onları maddi və texniki vəsaitlərlə təmin edir.
Yeri gəlmişkən, bu günlərdə ölkənin aparıcı KİV nümayəndələrinin Masallıda yerləşən çay plantasiyasına və Lənkəran Çay Fabrikinə səfərini təşkil edən “Azərsun Holdinq” onlara çayçılığın inkişafı üçün aparılan işlər və reallaşdırılan layihələr barədə ətraflı məlumat alması üçün şərait yaradıb. Jurnalistlərin suallarını cavablandıran “Azərsun Holdinq”in prezidentinin müşaviri Sədaqət Yusifov SSRİ-nin çöküşündən sonra onilliklərlə yaşı olan çay plantasiyalarının insanlar tərəfindən məhv edildiyini və bu səbəbdən Azərbaycanda çayçılığın uzun illər boyu eniş dövrünü yaşadığını deyib. Lakin son illər ərzində bu sahəyə dövlət səviyyəsində qayğının göstərilməsi və “Azərsun Holdinq” tərəfindən reallaşdırılan müxtəlif layihələr və atılan addımlar çayçılığın inkişaf etməsinə çox böyük töhfə verir. Sədaqət Yusifovun sözlərinə görə, Masallıda dəniz səviyyəsindən 700-800 metr yüksəklikdə salınan bu plantasiyada yetişdirilən çay bir neçə ildən sonra yüksək keyfiyyəti ilə bütün dünyada fərqlənə bilər. Buna burada olan ekoloji şərait imkan verir.
Daha sonra “Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və Biznesin İnkişafına Dəstək Departamentinin müdiri Afiq Səfərov artıq “Azərçay” markasının ölkəmizin hüdudlarından kənarda da çox yüksək qiymətləndirildiyini və böyük rəğbətlə qarşılandığını söyləyib. Bundan əlavə, Afiq Səfərov “Azərsun Holdinq”in Avropanın dünyada məşhur “Heinemann” şirkəti ilə də müqavilə bağladığını bildirib. Müqaviləyə əsasən, 59 ölkənin hava limanlarında “Azərçay”ın satışı həyata keçiriləcək.
Qeyd edək ki, mütəxəssislər 8-10 ildən sonra Azərbaycan çayçılığında yüksək məhsuldarlıq dövrünün başlayacağını və ölkənin daxili tələbatının ödənilməsi ilə bərabər xaricə də böyük həcmdə çay məhsullarının ixrac ediləcəyini bildirirlər.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

