Şəmkirçay-Şəmkir magistral su xətti tikilir
22.04.2015 [09:44]
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) regionlarda istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Belə ki, dövlət büdcəsi hesabına maliyyələşdirilən layihə çərçivəsində Şəmkir şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə uzunluğu 16,5 km olan Şəmkirçay-Şəmkir magistral su xəttinin tikintisinə başlanılıb.
Şəmkirçay-Şəmkir magistral su xətti Şəmkirçay su anbarının ehtiyatlarından istifadə etməklə Şəmkir şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə inşa edilir. Tikintisinə 2015-ci ilin mart ayında başlanılmış kəmərin 12 km-lik hissəsinin inşası yekunlaşıb. Magistral xəttin qısa müddətdə istismara verilməsi məqsədilə kəmərin marşrutu boyunca eyni vaxtda 4 nöqtədə tikinti işləri aparılır. Tikintinin may ayının ortalarında başa çatdırılması nəzərdə tutulur. Uzunluğu 16,5 km olan kəmərin 14,5 km-lik hissəsi 426 mm və 530 mm diametrli polad, 2 km-lik hissəsi isə 630 mm diametrli polietilen borularla tikilir. Şəmkirçay-Şəmkir magistral kəmərinin tikintisi müasir standartlara uyğun olaraq həyata keçirilir. Belə ki, tikinti zamanı qaynaq tikişlərinin keyfiyyətinə xüsusi nəzarət olunur və hər bir qaynaq tikişi diaqnostik cihaz vasitəsilə yoxlanılır. Müvafiq rəy verildikdən sonra borular izolyasiya olunaraq xəndəyə endirilir.
Kəmərlə özüaxımlı rejimdə nəql olunacaq içməli su Şəmkir şəhərində yeni inşa edilmiş su anbarına ötürüləcək və buradan paylanacaq. Layihəyə uyğun olaraq kəmərlə Şəmkir şəhərinə saniyədə 180 litr su ötürüləcək. Bu da imkan verəcək ki, Şəmkir şəhərinin sakinləri, həmçinin, buradakı sənaye və turizm obyektlərinin içməli suya olan tələbatı tam ödənilsin. Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla 47 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. İcrasına 2011-ci ilin oktyabrında başlanmış layihəyə uyğun olaraq Şəmkir şəhərinin 2 mənbədən içməli su ilə təmin olunması nəzərdə tutulub. Birinci mənbə olaraq Cəyir çayının hövzəsində 2012-2013-cü illərdə yeni drenaj sistemi yaradılıb, 7 km uzunluğunda magistral, 5 km uzunluğunda anbarlararası su xətləri çəkilib.
İçməli suyun şəhərə özüaxımlı rejimdə verilməsi üçün relyef baxımından yüksək nöqtələrdə ümumi həcmi 7000 kubmetr olan 4 ədəd su anbarı inşa edilib. Layihə çərçivəsində yeni xlorator qurğusu və laboratoriya binası tikilib. Şəmkir şəhərində inşası nəzərdə tutulmuş 240 km şəhərdaxili su şəbəkəsinin 165 km-lik hissəsinin tikintisi yekunlaşıb, 5700 abunəçi şəbəkəyə qoşulub, 5100 ədəd smart-kart tipli sayğac quraşdırılıb. Şəhərdaxili şəbəkənin hazır olan hissəsinə yeni mənbədən içməli suyun verilməsinə başlanılıb və artıq yeni şəbəkəyə qoşulan istehlakçılar 24 saat fasiləsiz içməli su ilə təmin olunurlar.
Şəmkir şəhərində inşası nəzərdə tutulmuş 203 km kanalizasiya şəbəkəsinin 138 km-lik hissəsində işlər başa çatıb. Eyni zamanda uzunluğu 20 km layihələndirilən kanalizasiya kollektorunun 2100 metrlik hissəsi tikilib. Tullantı suları şəhərin kənarında inşa ediləcək və məhsuldarlığı sutkada 25000 kubmetr olan sutəmizləyici qurğuya ötürüləcək.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18

