Uşaqların və gənclərin milli mənəvi dəyərlər ruhunda tərbiyə olunması önəmlidir
11.04.2015 [11:58]
Aprelin 10-da Bakıda Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “Təhsil müəssisələrində uşaq və gənclərin milli mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Ümummilli lider Heydər Əliyevin hər zaman gənclərimizin milli ruhda, milli mənəvi dəyərlər əsasında təhsilini və tərbiyəsini vacib hesab etdiyini deyib. O, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin tərbiyə funksiyasının da inkişaf etdirilməsinin prioritet istiqamət kimi nəzərdə tutulduğunu diqqətə çatdırıb.
DQİDK-nın sədri Mübariz Qurbanlı rəhbərlik etdiyi qurumun və Təhsil Nazirliyinin “Təhsil müəssisələrində uşaq və gənclərin milli mənəvi və bəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” birgə əmri ilə təsdiq olunmuş Fəaliyyət Planı haqqında məlumat verib.
Mübariz Qurbanlı Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətə uyğun olaraq, Prezident İlham Əliyevin milli mənəvi dəyərlərimizin qorunması ilə bağlı fəaliyyətindən söhbət açıb və bu istiqamətdə görülən işləri qeyd edib.
Bildirilib ki, Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi uşaqların və gənclərin mənəvi tərbiyəsində əhəmiyyətli rol oynayacaq.
DQİDK-nin sədr müavini Gündüz İsmayılov gənc nəslin, eləcə də uşaqların milli mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında təhsil müəssisələrinin rolunu vurğulayaraq, bu istiqamətdə ardıcıl işlərin həyata keçirilməsindən danışıb. Milli mənəvi dəyərlərə varislik və müasirlik prizmasından yanaşılmasının zəruriliyini qeyd edən G.İsmayılov bunun həm dövlətçilik, həm də mənəvi irsimiz baxımından əhəmiyyətindən danışıb.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı, ilahiyyatçı alim, akademik Vasim Məmmədəliyev və başqaları çıxış edərək mövzu ilə bağlı fikrilərini bölüşüblər.
Çıxışlarda gənc nəslin milli mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində görüləcək işlərin ayrı-ayrı məqamlarından bəhs olunub.
Konfrans müzakirələrlə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29

