“ADA” Universitetində üçüncü Bahar gənclik festivalı keçirilib
18.03.2015 [10:09]
Martın 17-də “ADA” Universitetində “Coca-Cola” şirkəti ilə əməkdaşlıq çərçivəsində üçüncü Bahar gənclik festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə universitetin yaxınlığındakı Dədə Qorqud parkında ağacəkmə aksiyası keçirilib.
Tədbirdə “ADA” Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov “Ağac əkək, təbiətə töhfə verək” layihəsi barədə məlumat verib. Bildirilib ki, ağacəkmə aksiyası “ADA” Universitetinin, “Coca-Cola” şirkətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə layihəsinin bir hissəsidir. Ötən ilin fevralından başlanan layihə çərçivəsində səkkiz mindən çox ağac əkilib. Cari ildə layihənin davamı olaraq daha 20 min ağacın əkilməsi nəzərdə tutulub.
“Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş meneceri Cem Becel Novruz bayramı ərəfəsində ağacəkmə aksiyasının keçirilməsini yüksək dəyərləndirib. “ADA” Universiteti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə layihədə iştirakdan fərəh hissi duyduğunu söyləyib.
Sonra Dədə Qorqud parkında ağacəkmə aksiyası həyata keçirilib. Aksiyada “ADA” Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev, “Coca-Cola” şirkətinin nümayəndələri, tələbələr, “Bakı-2015” Avropa Oyunlarının səfirləri, Azərbaycan yığma komandasının üzvləri və paytaxt sakinləri iştirak ediblər.
Daha sonra “ADA” Universitetində üçüncü Bahar gənclik festivalı keçirilib. Mindən artıq iştirakçının qatıldığı festivalda bahara həsr olunan sərgi, milli geyimlərimiz, Azərbaycanın müxtəlif xalça məktəblərinin nümunələri, ləziz bayram mətbəxinin şirniyyatları, xına bəzəmə mərasimi və ilaxır çərşənbənin özünəməxsus adət-ənənələri nümayiş etdirilib.
“ADA” Universitetinin Bayraq Meydanında qurulan “Coca-Cola”səhnəsində bu ali məktəbin tələbələri əyləncəli bayram proqramı ilə çıxış edib, gənclər “Ən maraqlı xonça” müsabiqəsində yarışıb, respublikanın tanınmış incəsənət ustalarının ifasında mahnılar təqdim olunub.
Festivala Avropa Oyunları 2015-in səfirləri Tünzalə Ağayeva, Bəhram Bağırzadə, Azər Qərib və digər tanınmış simalar qatılıblar. Bayram tədbirində “ADA” Universitetinin yerli və xarici tələbələri ilə yanaşı, Bakı və ətraf regionlardakı ümumtəhsil məktəblərinin şagirdləri də iştirak ediblər.
Xəbər lenti
Hamısına baxElanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11

