Savadlı mühəndis olmaq istəyən tələbələrə Bakı Ali Neft Məktəbində hər cür imkan yaradılıb
11.03.2015 [09:15]
Beynəlxalq standartlara uyğun ən müasir tədris proqramları və tədris texnologiyaları əsasında təhsil prosesini təşkil edən Bakı Ali Neft Məktəbi (BANM) yarandığı gündən sənayenin müasir tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislər hazırlayır.
BANM-ın 2014/2015-ci tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticələr göstərən 16 tələbəsi Prezident Təqaüdünə layiq görülüb.
Prezident Təqaüdçülərindən biri Mədinə Şükürlü qəbul imtahanında 690 bal toplayaraq BANM-ın “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına daxil olub.
M.Şükürlü AZƏRTAC-a müsahibəsində təhsil aldığı ali məktəbin üstünlüklərindən danışıb.
- Niyə məhz bu ixtisası və BANM-ı seçdiniz?
- Müasir texnologiyaların hazırlanması və onların idarə olunması hər zaman maraq dairəmdə olub. Elə məhz buna görə də bu ixtisası seçdim. Doqquzuncu sinifdə oxuyarkən ilk dəfə BANM haqqında məlumat alanda burada tələbələr üçün yaradılan imkanlar, təhsilin ingilis dilində olması, bir il ərzində intensiv olaraq tələbələrə ingilis dili və informasiya-kommunikasiya texnologiyalarının (İKT) tədrisi, eləcə də, tələbələrin xaricə təhsil almaq üçün göndərilməsi bu ali təhsil ocağına marağımı daha da artırdı. Bütün bunlar bir daha göstərir ki, Bakı Ali Neft Məktəbində savadlı mühəndis olmaq istəyən tələbələr üçün hər cür imkan yaradılıb.
- Qəbul imtahanında 600 baldan yüksək nəticə göstərmək üçün abituriyent nə etməli və ixtisas seçimini necə aparmalıdır?
- Gərək abituriyentlər yaxşı bilmədikləri mövzuları müəyyənləşdirərək, onları daha dərindən öyrənməyə çalışsınlar. Bundan əlavə, sınaq imtahanlarında iştirak etmək hər bir abituriyentə öz imkanlarını obyektiv qiymətləndirməyə və məqsədə çatmağa böyük imkanlar yaradır.
- Texniki sahəyə daha çox oğlanların üstünlük verdiyi halda, bu ixtisası seçməklə çətin bir yola çıxdığınızı düşünmürsünüz ki?
- Öz ixtisasım haqqında belə fikirləşmirəm, çünki proseslərin avtomatlaşdırılması güc tələb edən sahə deyil, daha çox intellekt tələb edən bir ixtisasdır. Güclü intellekti olan hər bir kəs bu ixtisasın öhdəsindən gələ bilər. Məsələn, BANM-da təhsil alan tələbələrin 30 faizini qızlar təşkil edir.
- Bakı Ali Neft Məktəbində təhsil almaq arzusunda olan abituriyentlərə nə məsləhət görərdiniz?
- BANM-ın tələbəsi olmaq çox çətin və məsuliyyətlidir. Bu ali təhsil ocağına daxil olmaq istəyən hər bir abituriyent çox ciddi hazırlaşmalıdır. Bilməlidir ki, Bakı Ali Neft Məktəbində oxumaq buraya daxil olmaqdan daha çətin və məsuliyyətlidir.
- Gələcək planlarınız?
- Gələcəkdə yüksək ixtisaslı mütəxəssis olmaq və Azərbaycan Respublikası Dövlət Neft Şirkətində çalışaraq, avtomatlaşdırılmış idarəetmə və nəzarət sistemləri vasitəsilə texnologiyaların təhlükəsizliyini təmin etmək arzusundayam.
- Asudə vaxtınızı necə keçirirsiniz?
- Asudə vaxtlarımda bədii kitab oxumağa və çox zaman pianoda ifa etməyə üstünlük verirəm. Çünki musiqi ilə məşğul olmaq dərsdən sonrakı yorğunluğu aradan qaldırmaq üçün ən yaxşı vasitədir.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

