Gəncədə 2014-cü ilin yekunlarına dair şəhər fəallarının yığıncağı keçirilib
04.03.2015 [09:55]
Dünən Gəncə şəhər İcra Hakimiyyətində şəhər fəallarının yığıncağı keçirilib. Yığıncaqda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, şəhər rəsmiləri, ziyalılar, ağsaqqallar və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə 2014-cü ilin yekunları və 2015-ci ildə qarşıda duran vəzifələr barədə geniş söhbət açılıb.
Öncə tədbir iştirakçıları Gəncənin baş meydanında Ulu öndər Heydər Əliyevin abidəsi önünə təzə-tər gül-çiçək dəstələri qoyublar. Gəncə şəhər İcra Hakimiyyətinin böyük zalında keçirilən yığıncaqda tədbir iştirakçıları şəhərin sosial-iqtisadi və mədəni inkişafında əldə olunan nailiyyətləri əks etdirən sənədli filmi izləyiblər.
2014-cü ildə görülən işlər barədə hesabat verən şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, bu gün Gəncə şəhəri öz inkişafının keyfiyyətcə yeni və məhsuldar dövrünü yaşayır. Əldə olunan bütün uğurların əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gəncəyə xüsusi diqqət və qayğısı, Onun reallığa söykənən, düşünülmüş sosial-iqtisadi siyasəti dayanır.
Ötən il Gəncə şəhərinin tarixində əlamətdar hadisələrlə zəngin olub. Gəncə şəhər ictimaiyyəti hələ də ölkə Prezidenti cənab İlham Əliyevin il ərzində 3 tarixi səfərinin, həmçinin, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın səfərlərinin xoş təəssüratları içərisində yaşayırlar. Ölkə başçısının hər səfərində olduğu kimi, bu səfərləri çərçivəsində də mühüm sosial-iqtisadi və mədəni obyektlərin təməlqoyma və açılış mərasimləri keçirilib, hesabat dövrü ərzində dövlət başçısının verdiyi tapşırıq və tövsiyələr Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən yüksək səviyyədə yerinə yetirilib.
Qeyd edək ki, 2014-cü ildə ümumi məhsul buraxılışı 12 faiz artıb ki, bunun da 24,3 faizi sənaye sahəsinin payına düşüb. Şəhər iqtisadiyyatında çalışanların orta aylıq əməkhaqqı ötən illə müqayisədə 5,9 faiz artıb.
Ümumi istehsalın 88,3 faizi sənaye məhsulu istehsalının, 11,7 faizi sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılıb.
Yığıncaqda çıxış edənlər - Gəncə şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanov, Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov, Xalq artisti Məmmədəli Balayev, Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov və başqaları Gəncəyə və gəncəlilərə göstərdiyi xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, hər zaman gəncəlilərə kömək və dəstək olan Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirib, göstərilən etimadı əməli işləri ilə doğruldacaqlarını bəyan ediblər.
Azərbaycan Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar Bağırov ölkəmizdə son 11 il ərzində əldə olunan nailiyyətlərdən, Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətin uğurlarından, Gəncənin böyük intibah dövrü yaşamasından, irəlidə hələ çox zəfərlər əldə olunacağından danışıb.
Tədbirdə yığıncağın qərar layihəsi qəbul edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə tədbir iştirakçıları tərəfindən müraciət oxunub.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

