Yeni yaradılan “Kulturaplus” internet televiziyasının təqdimatı olub
12.02.2015 [10:05]
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Yaradıcılıq Fondu və Bakı Slavyan Universitetinin təsis etdikləri “Mədəniyyət Plyus” İctimai Birliyinin nəzdində yaradılan “Kulturaplus” internet televiziyasının təqdimatı olub.
AzərTAc xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev çıxış edərək Prezident İlham Əliyevin ölkəmizdə multikulturalizmin inkişaf etdirilməsi istiqamətində gördüyü işlərin bu ideyanın meydana gəlməsində əsas rol oynadığını deyib. Bildirilib ki, Azərbaycan bu gün çoxmillətli, çoxkonfessiyalı bir ölkə kimi bütün dünyanın diqqət mərkəzindədir. Azərbaycanda bütün dinlərin, millətlərin nümayəndələrinə diqqət eyni səviyyədədir. Elə multikulturalizmin əsas şərtlərindən biri də budur.
Dövlət müşaviri deyib ki, yeni yaranan internet televiziya vasitəsilə Azərbaycan həqiqətləri, ölkəmizdəki inkişaf prosesləri müxtəlif dillərdə dünya ictimaiyyətinə çatdırılacaq. Bu televiziya Azərbaycanın maarifçilik ənənələrinə uyğun olaraq keçmişimizi, milli mənəvi dəyərlərimizi, mədəni irsimizi öyrənməyi, multikulturalizmin və tolerantlığın həyat tərzinə çevrildiyi Azərbaycan gerçəkliyinin təbliğini qarşısına məqsəd qoyub.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib ki, bu gün Azərbaycan beynəlxalq aləmdə həyata keçirdiyi böyük layihələri ilə tanınır. Son 10 ildə Azərbaycan həm də regionun mənəvi mərkəzinə çevrilib. Ölkəmizdə hər il multikulturalizm, mədəniyyətlərarası dialoq və digər mövzularda beynəlxalq tədbirlərin keçirilməsi heç də təsadüfi deyil. Dünyanın bir çox yerlərində münaqişələr baş verir, ancaq Azərbaycanda fərqli dinlərin və millətlərin nümayəndələri sülh və dostluq şəraitində yaşayırlar.
Tədbirdə məlumat verilib ki, “Kulturaplyus” internet televiziyasının əsas məqsədi dünyanın müxtəlif ölkələrində Azərbaycana olan münasibətin həmin ölkələrin cəmiyyətləri tərəfindən tənzim edilməsinə kömək etməkdir. Burada, eyni zamanda, dünya ictimaiyyəti üçün önəmli şəxsiyyətlərin - siyasətçilərin, incəsənət nümayəndələrinin və ictimai xadimlərin Azərbaycan haqqında fikirləri səslənəcək. Onlar Azərbaycana olan münasibətləri ilə dünyada Azərbaycan həqiqətlərinin daha effektiv şəkildə yayılmasını təmin edəcəklər.
İnternet televiziyada materiallar Azərbaycan, ingilis, rus və digər dillərdə yayılacaq. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin maddi-texniki dəstəyi ilə yaradılan televiziya dünyanın istənilən nöqtəsindən müraciət edə bilən və bu zaman dil baryeri ilə qarşılaşmayan auditoriya üçün açıq bir teleməkandır. Tamaşaçılar “Kulturaplus” televiziyasında həm Azərbaycan, həm də bütövlükdə dünya barədə maraqlı verilişlər izləyəcəklər.
İnternet televiziyanın fəaliyyətinə televiziya və mətbuat sahəsində kifayət qədər təcrübəsi olan və ictimaiyyət tərəfindən tanınan simalar cəlb edilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:56
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16

