Səbail rayonunda əhalinin tibbi müayinə tədbirləri davam edir
12.02.2015 [09:55]
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq fevralın 2-dən respublikamızın bütün bölgələrində olduğu kimi, Səbail rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin təşkilinə başlanılıb. Bununla əlaqədar rayon icra hakimiyyəti tərəfindən aidiyyəti qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılıb, həyata keçiriləcək tədbirlərlə bağlı kollektivlər və ərazilər nəzərə alınmaqla xüsusi qrafiklər tərtib olunub. Müvafiq qurumların da cəlb olunması ilə rayonda, onun qəsəbə və yaşayış sahələrində əhali arasında təşkilati-izahat işləri davam etdirilir.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova deyib ki, Səbaildə gedən işlər icra hakimiyyəti tərəfindən gündəlik nəzarətdə saxlanılır. Ölkə başçısının verdiyi bu tapşırıq Azərbaycanda əhalinin sağlamlığının dövlətimiz üçün nə qədər vacib olduğunun bariz göstəricisidir.
Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə rayondakı tibb müəssisələrinin hazırlıq vəziyyətinə götürülməsi istiqamətində şəhərin mərkəzindəki 1 və 2, Bayıl yaşayış sahəsindəki 33 və Badamdar qəsəbəsindəki 34 nömrəli şəhər poliklinikalarında tədbirin keçirilməsi üçün müvafiq şərait yaradılıb. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrinin müayinəsi məqsədi ilə səyyar həkim briqadaları təşkil olunub. Fevralın 2-dən etibarən rayon üzrə 9600 nəfərin müayinələrdən keçməsi təmin olunub. Poliklinikaların həkimləri rayon sakinləri ilə yanaşı, ərazidə məskunlaşmış məcburi köçkünlərin də tibbi müayinədən keçməsini təmin edirlər.
33 nömrəli şəhər poliklinikasının şöbə müdiri Afət Qədirova bildirib ki, çalışdığı tibb müəssisəsinin əsas binasında və poliklinikanın 20-ci sahədəki 1 nömrəli şöbəsində əhalinin tibbi müayinə tədbirləri ilə bağlı bütün hazırlıq işləri aparılıb, poliklinika lazımi dərman preparatları ilə təchiz olunub, burada həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Bu briqadalar qrafik əsasında idarə və təşkilatlarda, məktəblərdə müayinələr aparır, həmçinin yaşlı və xəstə insanlara evlərində xidmət göstərirlər. Poliklinikanın xidməti ərazisində 32154 nəfər əhali yaşayır və bu günə kimi aşkara çıxarılan xəstəliklər üzrə müalicələr təşkil edilir.
Rayon sakinləri ölkə başçısının bu nəcib təşəbbüsünü minnətdarlıqla qarşılayıblar. Onlar poliklinikanın həkim heyətindən, yaradılan şəraitdən razılıq ediblər. Müayinədən keçən rayon sakinləri və ərazidə məskunlaşmış məcburi köçkünlər onların sağlamlığının qeydinə qaldığı üçün Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Rayonda əhalinin tibbi müayinə tədbirləri davam edir.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29

