Azərbaycanlılara qarşı törədilmiş soyqırımları sistemli şəkildə araşdırılır
11.02.2015 [10:04]
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində “Azərbaycanlılara qarşı soyqırımlarının tədqiqi” Komissiyasının növbəti iclası keçirilib.
AMEA-dan AzərTAc-a bildiriblər ki, iclasda komissiyanın sədri, AMEA-nın prezidenti, akademik Akif Əlizadə işçi qruplarında fəaliyyət göstərən tədqiqatçı alimlərin qarşısında duran vəzifələrdən danışıb.
Akademik A.Əlizadə bu sahədə nəzərdə tutulan planlardan və mövcud problemlərdən söz açaraq qeyd edib ki, azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməlidir.
AMEA-nın prezidenti göstərilən istiqamətlər üzrə kitab və xəritələrin nəşri, tarixi mövzuda zəngin faktlarla əhatə edilən elmi məqalələrin xarici dillərə çevrilərək yayılmasının ermənilərin uydurma “faktlar”a uyğun yaydıqları informasiyalara tutarlı cavab olduğunu vurğulayıb. Akademik soyqırımı tədqiqatlarının, o cümlədən Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında alimlərin qarşısında duran vəzifələrdən danışıb, bu tədqiqatların böyük əhəmiyyətini qeyd edib.
Komissiya sədrinin müavini, AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli soyqırımı tədqiqatları ilə bağlı görülən işlər barədə məlumat verib. Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin imzaladığı “Erməni diasporuna qarşı effektiv mübarizə tədbirlərinin və koordinasiya işinin gücləndirilməsinə dair Fəaliyyət Planı”nda AMEA-nın qarşısında da konkret vəzifələrin qoyulduğunu xatırladan akademik İ.Həbibbəyli elmi-tədqiqat müəssisələrində keçiriləcək beynəlxalq konfransların böyük əhəmiyyət daşıdığını bildirib.
Akademik İ.Həbibbəyli AMEA-da azərbaycanlılara qarşı soyqırımları muzeyinin yaradılması, “Azərbaycan tarixi - hər bir ölkəyə” kitab mübadiləsi layihəsinin həyata keçirilməsi, azərbaycanlılara qarşı soyqırımlarını əks etdirən tarixi xəritələrin və elektron variantlarının hazırlanması, işğal olunmuş ərazilərdəki Azərbaycan toponimlərinin ingilis, rus, fransız və ərəb dillərində düzgün orfoqrafik yazılış kataloqunun hazırlanması, azərbaycanlılara qarşı soyqırımlarına həsr edilmiş elmi konfransların keçirilməsi, bu mövzuda yazılmış kitabların təqdimatı və müzakirəsi, kütləvi informasiya vasitələrində azərbaycanlılara qarşı soyqırımlarına həsr edilmiş məqalələrin çap edilməsi, soyqırımlarına dair rəsm sərgilərinin təşkili və s. məsələlərdən ətraflı danışıb. Hər bir məsələ üzrə məsul şəxslərin təyin olunduğunu qeyd edən AMEA-nın vitse-prezidenti işçi qruplarında təmsil olunan alimlərin qarşısında qoyulan konkret vəzifələri diqqətə çatdırıb.
Müzakirələrdə akademiklər Nailə Vəlixanlı, Qərib Məmmədov, AMEA-nın müxbir üzvləri Yaqub Mahmudov, Muxtar İmanov, Ərtegin Salamzadə, Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova və başqaları çıxış edərək mülahizə və təkliflərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

