Naxçıvanda “Bakı-2015” Avropa Oyunlarının tanıtım kampaniyası başa çatıb
31.01.2015 [11:40]
Naxçıvanda “Bakı-2015” Avropa Oyunlarının tanıtım kampaniyası başa çatıb.
Naxçıvan şəhəri və muxtar respublikanın bütün rayonlarında tədbirlər keçirən tanıtım kampaniyasının iştirakçıları idman federasiyalarının yerlərdə fəaliyyət göstərən idman bölmələri ilə də tanış olublar.
AzərTAc xəbər verir ki, tədbirlərdə Avropa Oyunlarına həsr edilmiş videoçarx nümayiş olunub, iştirakçılara “Bakı-2015” birinci Avropa Oyunları haqqında geniş məlumat verilib, idmançılara mötəbər yarışın atributları əks olunan çanta və papaqlar hədiyyə edilib.
Tədbirlər çərçivəsində tanıtım kampaniyasının iştirakçıları muxtar respublikanın görməli yerləri və tarixi abidələri ilə tanış olublar. Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığının incilərindən biri olan Möminə Xatın türbəsi ilə tanışlıq Avropa Oyunlarının tanıtım kampaniyasının iştirakçılarında qədim Naxçıvanın tarixinə böyük maraq yaradıb.
Burada qonaqlara bildirilib ki, bu möhtəşəm abidə 1186-cı ildə tikilib. Həmin dövrdə Azərbaycanın Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəqiz həyat yoldaşı Möminə Xatının məzarı üzərində məqbərə yaradılmasına qərar verib və bundan sonra məqbərə Əcəmi Əbu Bəkr oğlu Naxçıvani tərəfindən tikilib. Xalqın yaddaşında zaman-zaman “Atabəy günbəzi” adı ilə də qalan abidənin baş tağında kufi xətti ilə bu sözlər yazılıb: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”. Türbə yeraltı, yəni, sərdaba və yerüstü hissələrdən ibarətdir.
“Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində qonaqlara məlumat verilib ki, ziyarətgahın adı ərəb dilindən tərcümədə “mağara sahibləri” mənasını verir. Müqəddəs Qurani-Kərimdə “Əl-Kəhf” surəsinin 9-27-ci ayələrində mağaraya sığınan 7 gəncin 300 ildən artıq yatmasından və oyandıqdan sonra başlarına gələnlərdən bəhs edilir. Müqəddəs kitabda mövcud olan hadisə müəyyən dəyişikliklərlə Naxçıvandakı Əshabi-Kəhflə bağlı rəvayətlərdə də öz əksini tapıb. Adı çəkilən mağaranın Kiçik Asiya və ya Fələstin ərazisində, hətta dünyanın digər ölkələrində olduğu güman edilib. Ancaq son dövrlərdə aparılan araşdırmalar da sübut edir ki, həmin müqəddəs məkan məhz Naxçıvandadır.
Əshabi-Kəhflə bağlı rəvayətləri maraqla dinləyən qonaqlar ziyarətgahı gəzərək, parçalanan nəhəng dağı seyr ediblər.
“Bakı-2015” ilk Avropa Oyunlarının tanıtım kampaniyasının iştirakçıları Batabat yaylağının füsunkar gözəlliyinə də maraqla baxıblar. Müxtəlif torpaq tiplərinin təşəkkül tapdığı ərazidə 2900-dək bitki növünün yayıldığı, 285 növ faunanın məskunlaşdığı barədə məlumatları dinləyən qonaqlar Naxçıvanın ecazkar təbiətinə heyranlıqlarını ifadə ediblər.
Yanvarın 30-da “Bakı-2015” Avropa Oyunlarının tanıtım kampaniyasının iştirakçıları muxtar respublikadan Bakıya qayıdıblar.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

