Yuvenal ədliyyənin inkişafı diqqət mərkəzindədir
14.01.2015 [09:41]
Prezident İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına dair tapşırıqlarına uyğun olaraq aparılan məhkəmə-hüquq islahatı çərçivəsində yuvenal ədliyyənin inkişafına xüsusi diqqət yetirilir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, bu sahədə beynəlxalq təşkilatlarla, xüsusilə BMT-nin Uşaq Fondu - UNICEF-lə sıx əməkdaşlıq edilir. 2008-ci ildən ölkəmizdə yuvenal ədliyyə islahatlarının dəstəklənməsi üçün hər il birgə fəaliyyət planları işlənilərək təsdiq olunur və uğurla həyata keçirilir. Səmərəli qarşılıqlı fəaliyyət nəticəsində yeniyetmələrin cinayət işləri üzrə ədalət mühakiməsi həyata keçirilərkən onların hüquqlarının müdafiəsinin gücləndirilməsi, psixoloji aspektlərin nəzərə alınması, yeni yanaşmaların və müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, yuvenal ədliyyə sahəsində təlimlərin keçirilməsi və s. ilə bağlı tədbirlər görülüb. Bakı Ağır Cinayətlər Məhkəməsində bu kimi işlərə baxılması üçün pilot layihə qaydasında xüsusi hakim tərkibi müəyyən edilib, ayrıca məhkəmə zalı yaradılaraq müvafiq avadanlıqla təchiz olunub.
Eyni zamanda, Fəaliyyət Planı çərçivəsində ədliyyəyə çatımlılığın genişləndirilməsi, yuvenal ədliyyə prinsiplərinə dair məlumatlılıq səviyyəsinin artırılması və əlaqələndirmə prosesinin gücləndirilməsi, bu sahədə təlimlərin, həmçinin hüquq mühafizə orqanlarının əməkdaşları arasında bilik və bacarıqların öyrənilməsi üzrə sorğuların keçirilməsi və müxtəlif regionlarda uşaqlar, onların ailə üzvləri üçün ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsi nəzərdə tutulur.
Həmin tədbirlərin davamı olaraq Ədliyyə Akademiyasında yeniyetmələrin cinayət işləri ilə məşğul olan hakimlər, prokurorlar və vəkillər üçün “Yuvenal ədliyyə” mövzusunda ikiaylıq tədris kursu təşkil olunub. Kursa təcrübəli hakimlər, UNICEF-in ekspertləri, Ədliyyə Nazirliyinin, o cümlədən Akademiyanın, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Ombudsman Aparatının, yetkinlik yaşına çatmayanlar üzrə müvafiq Komissiyanın məsul əməkdaşları mühazirəçi qismində cəlb ediliblər.
Tədris zamanı yuvenal ədliyyə anlayışı, onun tarixi və psixoloji əsasları, bu sahədə beynəlxalq standartlar, Azərbaycanda yuvenal ədliyyənin nəzəri və təcrübi problemləri barədə mühazirələr oxunub.
Həmçinin, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquq pozuntularının profilaktikası, onlara münasibətdə cinayət təqibinin həyata keçirilməsinin, bərpaedici ədalət mühakiməsi və məhkəmə baxışının xüsusiyyətləri, yetkinlik yaşına çatmayanların əmək və mənzil hüquqları və digər mövzulara xüsusi diqqət yetirilib.
Tədris tədbirləri silsilə xarakter daşıyır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

