Bakı Ali Neft Məktəbində “Microsoft”un İKT üzrə Akademiyası yaradılıb
13.01.2015 [09:32]
Bakı Ali Neft Məktəbində (BANM) “Microsoft” şirkətinin İKT üzrə Akademiyası (Microsoft IT Academy) yaradılıb. Proqramın koordinatoru Kompüter və informasiya-kommunikasiya texnologiyaları (İKT) kafedrasının dosenti Manafəddin Namazovdur. İKT üzrə Akademiya “Microsoft” şirkəti tərəfindən informasiya texnologiyaları sahəsində yüksək ixtisaslı kadrların hazırlanması üçün yaradılıb. Akademiyada gələcəkdə bütün təhsil müəssisələrinin həm tələbə, həm də müəllimləri iştirak edə biləcəklər.
Akademiya proqramının məqsədi informasiya texnologiyaları sahəsində müasir və yüksək ixtisaslı kadrların hazırlanmasıdır. Bakı Ali Neft Məktəbi peşəkar biliklərin və bacarıqların mənimsənilməsi üçün tələbələri “Microsoft” şirkətinin yüksək keyfiyyətli təlim texnologiyaları ilə təmin edəcək. Proqramın imkanları genişdir. Belə ki, adi istifadəçilər üçün tətbiqi proqramlar və peşəkar kompüter mütəxəssislərinin istifadə etdiyi xüsusi proqramların təlimi nəzərdə tutulur. “Microsoft” şirkətinin sertifikatlaşdırma imtahanlarını uğurla verən tələbələr IT sahəsində öz karyerasını qura bilərlər.
Proqramda iştirak bir neçə istiqamətdə faydalıdır. Belə ki, ali təhsil müəssisələri məzunlarına rəqabət üstünlüyü, işəgötürənlərin investisiyalarının cəlb edilməsi, müəllimin vaxtına qənaət edilməsi və İKT sahəsində təhsil xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, proqram təminatına xərclərin azaldılması, daimi hüquqi lisenziya, İKT fənlərinin tədrisində səlahiyyətli yanaşmanın həyata keçirilməsi, tələbələrə əmək bazarındakı peşə tələblərinə uyğun təlimlərin təmin edilməsi və sair məsələlər nəzərdə tutulur.
Müəllimlərə əməliyyatların avtomatlaşdırılması sayəsində vaxta qənaət, kompleks təhsil sistemi və tələbələrlə birgə iş üçün interaktiv vasitələr, tədrisin səmərəliliyini artıran optimal öyrənmə mühitinin yaradılması, informasiya texnologiyaları sahəsində “Microsoft”un son məlumatlarına daimi müraciət ixtisaslaşmanı (kvalifikasıyanı) yüksək səviyyədə saxlamağı təmin etmə imkanları verəcək.
Tələbələrə təlim yolu ilə əldə edilən bilik və bacarıqlar beynəlxalq sertifikat imtahanları verməyə imkan verəcək ki, bu da müasir cəmiyyətdə əmək fəaliyyətinə başlamaq üçün yaxşı bir başlanğıc olacaq, əldə edilən biliklər məzunlara özlərini sürətlə inkişaf edən informasiya texnologiyaları ilə zəngin müasir dünyada inamlı hiss etməyə imkan verəcək. Burada, həmçinin, tədrisin səmərəliliyini artıran optimal öyrənmə mühitinin yaradılması, əmək bazarındakı peşə tələblərinə uyğun təlim və iştirakçılar üçün güzəştlər təklif olunur.
Xəbər lenti
Hamısına baxSiyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33

