Şərur rayonunun Püsyan kəndində yeni sosial obyektlər istifadəyə verilib
07.01.2015 [09:47]
Naxçıvan Muxtar Respublikası 2014-cü ili bütün sahələrdə qazanılan uğurlarla başa vurub. Ötən il quruculuq tədbirlərinin əhatə dairəsi xeyli genişlənib, 30-a yaxın kənd yaşayış məntəqəsində müxtəlif təyinatlı obyektlər tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Ardıcıl şəkildə aparılan quruculuq işləri kəndlərdə infrastrukturun yenilənməsinə, əhalinin rahatlığının təmin olunmasına səbəb olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində yanvarın 6-da Şərur rayonunun Püsyan kəndində yeni sosial obyektlər istifadəyə verilib.
Yanvarın 6-da Püsyan kənd tam orta məktəbinin açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Püsyan kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, onlara gələcək tədrisdə uğurlar arzulayaraq deyib: “Bu gün ölkəmizdə məktəb işi ümumxalq, ümumdövlət işinə çevrilmişdir. Hər bir kənddə, hər bir yaşayış məntəqəsində yeni məktəb binaları tikilərək istifadəyə verilir. Çünki məktəb tikintisi ölkəmizin gələcəyinə xidmət edir, məktəblərdə ölkəmizin gələcək təminatçıları olan gənc nəsil yetişir. Bu amili yüksək qiymətləndirən Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Məktəb təhsil verməklə yanaşı, eyni zamanda gəncləri müstəqil həyata hazırlayan tərbiyə ocağıdır”.
Ali Məclisin sədri qarşıya qoyulan vəzifələrin icrasında kollektivə uğurlar arzulayıb, açılışı bildirən lenti kəsib.
Ali Məclisin sədri birinci siniflərdə oxuyan şagirdlərin dərs prosesi ilə maraqlanıb.
Dünən həkim ambulatoriyası da istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, ambulatoriyada yaradılan şəraitlə maraqlanıb.
Bildirilib ki, ikimərtəbəli ambulatoriya 13 otaqdan ibarətdir. Burada baş həkim, ginekoloq, doğuş, pediatr, peyvənd, mama, tibb bacısı, qeydiyyat, müayinə, manipulyasiya otaqları, stomatoloji kabinə, palata və aptek vardır.
Ali Məclisin sədri kənddə tibbi maarifləndirmə işinin aparılmasının, uşaq və hamilə qadınların vaxtlı-vaxtında müayinədən keçirilməsinin vacibliyini vurğulayıb, əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tapşırıqlar verib.
Püsyan kəndində həyata keçirilən quruculuq işləri çərçivəsində yeni kənd mərkəzi də inşa olunub.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov kənd mərkəzinin və Püsyan kəndində yeni xidmət mərkəzinin də açılışında iştirak edib.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Kəngərli rayonu Qıvraq qəsəbəsinə gəlib və qəsəbədə yeni xidmət mərkəzi kompleksinin tikinti işlərinin gedişi ilə tanış olub və işlərin keyfiyyətlə aparılması barədə müvafiq tapşırıqlar verib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

