CASCFEN müəllimlər üçün seminar təşkil edib
07.01.2015 [09:42]
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi Bakıda ölkənin müxtəlif bölgələrindən gəlmiş 40-dək müəllim üçün seminar təşkil edib. “Onlayn etika-netiket” proqramı çərçivəsində Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda təşkil edilmiş seminarda “Virtual aləmdə etik normaların gözlənilməsi” mövzusunda müzakirələr aparılıb.
CASCFEN sədri Azər Həsrət əsas mövzu ətrafında çıxış edərək iştirakçılara virtual müstəvidə davranışın “10 qızıl qayda”sı haqqında danışıb. Natiq qeyd edib ki, Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının sürətli bir şəkildə insanların həyatına daxil olması bu müstəvidə davranış qaydalarının da təbliğinə zərurət yaradıb: “Artıq ölkəmizdə yeni texnologiyalar hər kəs üçün əlçatandır. Heç bir senzura tətbiq edilmir, insanlar istədikləri kimi, azad şəkildə bu texnologiyalardan istifadə edirlər. İstər ölkə Konstitusiyası, istərsə də uyğun qanunlarımız onlayn müstəvidə də ifadə azadlığı üçün ən yüksək təminat verir. Təbii ki, hər bir vətəndaş bu azadlıqdan gen-bol istifadə edir. Amma təəssüflər olsun ki, bəzən bəzi insanlar belə azad mühitdən sui-istifadə edir, başqalarının könlünü bulandıracaq, haqqını tapdayacaq əməllərə yol verirlər. Elə buna görə də biz “Onlayn etika - netiket” proqramının geniş şəkildə, müxtəlif peşə sahibləri arasında tətbiqində maraqlıyıq”.
CASCFEN sədri onu da qeyd edib ki, təhsil sahəsində İKT-nin sürətli tətbiqində əldə edilməkdə olan uğurlar həm də bu sahənin insanları arasında geniş maarifləndirmə işi aparmağı zəruri edir.
Əsas mövzu dinlənildikdən sonra seminar sual-cavab və iştirakçıların çıxışlarıyla davam edib. Tədbir iştirakçılarına CASCFEN-in Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsilə çap etdirdiyi “Virtual aləmdə etik normaların gözlənilməsi” adlı kitabça da paylanıb.
Tədbir iştirakçıları belə seminarların məktəblərdə təşkilində maraqlı olduqlarını bildiriblər, CASCFEN sədri Azər Həsrət də başçılıq etdiyi qurumun böyük həvəslə buna hazır olduğunu deyib.
Sonda iştirakçılara CASCFEN-in sertifikatı təqdim edilib.
Qeyd edək ki, “Onlayn etika-netiket” proqramı artıq 3 ildir ki, CASCFEN-in daxili imkanları hesabına həyata keçirilən fasiləsiz layihədir. Proqram çərçivəsində seminarlar ödənişsizdir.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42

