SOCAR-AQŞ məşhur “Qazma Mühəndisliyi” kitabını Azərbaycan dilinə tərcümə etdirib
30.12.2014 [09:19]
Dünən SOCAR-AQŞ-nin baş inzibati binasında qazma mühəndisliyi sahəsində tanınmış amerikalı professor C.C.Azar və təcrübəli qazma məsləhətçisi Q.Robello Samuelin birgə yazdıqları qazma sənətinin əsaslarından və tətbiqindən bəhs edən məşhur “Qazma Mühəndisliyi” kitabının təntənəli təqdimat mərasimi keçirilib. Kitabın tərcümə edilərək çap edilməsində əsas məqsəd neft-qaz profilli ixtisaslar, xüsusən də qazma mühəndisliyi üzrə təhsil alan gələcək mütəxəssisləri müasir texnologiyalar, optimal qərarların qəbulu üsulları və vasitələri ilə tanış etməkdir.
Tədbiri giriş sözü ilə açan SOCAR-AQŞ-nin Baş direktoru Ramin İsayev bildirib ki, respublikamızda qazma texnologiyasının inkişafını, yenilikləri və nəhəng neft-qaz şirkətlərinin təcrübələrini özündə əks etdirən metodiki vəsaitlərə böyük ehtiyac duyulur. Doğma ana dilimizdə müasir neft-qaz tədris vəsaitlərinin məhdudluğu müvafiq sahələr üzrə təhsil alan tələbələrimizin tədris məsələsində ciddi əngəllər yaradır. Bu baxımdan SOCAR-AQŞ rəhbərliyinin “Qazma Mühəndisliyi” kitabını Azərbaycan dilinə tərcümə etdirmək təşəbbüsü ilə çıxış etməsi milli gənc mütəxəssislərin yetişdirilməsinə diqqətin təzahürüdür.
Tədbirdə iştirak edən Azərbaycan Dövlət Neft Akademiyasının “Neft və qaz quyularının qazılması” kafedrasının müdiri, professor Əlinazim Məmmədtağızadə bildirib ki, “Sənaye ili” çərçivəsində “Qazma Mühəndisliyi” kitabının Azərbaycan dilinə tərcümə edilərək tələbələrə təmənnasız paylanması çox müsbət addımdır. “Azərbaycan dilində neft-qaz sənayesi üzrə ədəbiyyatın məhdud olması pedaqoji heyət üçün tədris zamanı müəyyən problemlər yaradır. SOCAR-AQŞ rəhbərliyinin elmin inkişafına verdiyi bu töhfə digər sənaye müəssisələri üçün nümunə olmalıdır”.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatları, ali məktəblərin, yerli və xarici sənaye müəssisələrinin məsul əməkdaşları iştirak ediblər.
Sonda SOCAR-AQŞ MMC-nin Baş direktoru Ramin İsayev “Qazma Mühəndisliyi” kitablarından ibarət bağlamaları Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Ali Neft Məktəbi, Xəzər Universiteti, Qafqaz Universiteti, AMEA-nın Geologiya və Geofizika İnstitutu, Azərbaycan Milli Kitabxanası, ARDNŞ “Neftqazlayihə” İnstitutu, ARDNŞ Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi, “Azneft” İstehsalat Birliyi və xarici şirkətlərə hədiyyə edib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

