Daşkəsəndə 2014-cü il böyük uğurlarla yadda qalır
25.12.2014 [09:28]
2014-cü il Daşkəsən rayonunun tarixində böyük uğurlarla yadda qalacaq. Belə ki, rayon ərazisində heç vaxt cari ildə olduğu miqyasda tikinti, quruculuq, abadlıq və yenidənqurma işləri aparılmayıb. İstifadəyə verilən yeni obyektlər, abadlaşan küçələr və yollar rayon sakinləri tərəfindən razılıq və minnətdarlıqla qarşılanır. İndi Daşkəsən şəhəri yaradan insanların diqqət və qayğısı sayəsində ölkənin dilbər güşələrindən birinə çevrilib.
Memarlıq üslubunda tikilən rayon İcra Hakimiyyətinin inzibati binası, tamamilə yenidən qurularaq müasir görünüş alan, daşkəsənlilərin fəxri olan və əbədiyaşar liderin xatirəsinə olan ehtiramı nümayiş etdirən Heydər Əliyev Mərkəzi, yeni avtovağzal və Xoşbulaq kəndində inşa olunmuş Gənclərin Təlim və İstirahət Mərkəzi, Statistika İdarəsinin yeni inzibati binası, Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun əsaslı tikintisi 2014-cü ildə əldə olunan ən böyük nailiyyətlərdəndir. Daşkəsənin uzun illər probleminə çevrilən sosial yönümlü məsələlər də artıq öz həllini tapıb.
Dünən isə Daşkəsən şəhərində daha bir yaraşıqlı, müasir tələblərə cavab verən ticarət mərkəzinin açılışı olub. Bu ticarət mərkəzində 25 yeni iş yeri yaradılması ilə bərabər, eyni zamanda, rayon əhalisinə də yüksək səviyyədə mədəni xidmət göstəriləcək. Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev ticarət mərkəzinin açılışında iştirak edib, kollektivə uğurlar arzulayıb, burada rayon sakinlərinə yaradılan şəraitdən razılığını bildirərək qeyd edib ki, ticarət mərkəzində müasir iş şəraiti qurulub. İşçilər naharla və geyimlə təmin olunublar.
Ə.Abıyev deyib ki, ölkəmizdə hər zaman sahibkarlığın inkişafına diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin sahibkarlığın inkişafı ilə bağlı xüsusi sərəncamları var. İndi ölkə iqtisadiyyatının 85 faizdən çoxu sahibkarlığın payına düşür: “Bu gün rayonumuzda yeni ticarət mərkəzinin istifadəyə verilməsi nəticəsində yeni iş yerləri açılmış, işsizliyin qismən də olsa aradan qaldırılmasına şərait yaranmışdır. Məlumat üçün bildirim ki, belə xidmət sahələrinin və işsizliyin aradan qaldırılmasına kömək olan digər açılışların davamı olacaqdır. Daşkəsən yaxın illərdə ölkənin ən inkişaf etmiş rayonları sırasında özünə yer alacaqdır”.
Sonra ticarət mərkəzinə baxış keçirilib, mərkəz sakinlərin istifadəsinə verilib.
Daha sonra Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “Yeni həyat” sarayında ümumrayon bayram tədbiri keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

