Gözdən əlillər Şamaxıda təşkil olunan humanitar aksiyadan bəhrələniblər
25.12.2014 [09:20]
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası tərəfindən dekabrın 24-də Şamaxı rayonunda gözdən əlilliyi olan şəxslərə oftalmoloji xidmətlər göstərilib.
AzərTAc xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə respublikada ilk dəfə olaraq keçirilən bu xeyriyyə aksiyasında Şamaxı, İsmayıllı və Qobustan rayonlarından olan 30 nəfər gözdən əlil şəxs üzərində cərrahiyyə əməliyyatı aparılıb.
Gözdən əlilliyi olan şəxslərin reabilitasiyası, habelə göz xəstəliklərinə tutulan insanların əlilliyinin qarşısının alınması məqsədilə keçirilən bu humanitar aksiyada iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov məlumat verib ki, Prezident İlham Əliyevin ölkədə əlilliyi olan şəxslərin hərtərəfli qayğı ilə təmin olunması sahəsində həyata keçirdiyi siyasətə uyğun olaraq nazirlik tərəfindən məqsədyönlü işlər aparılır. Bu işlərin davamı olaraq Şamaxı, İsmayıllı və Qobustan rayonları üzrə 19 saylı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əvvəlcədən qeydiyyatı aparılan və müalicə ilə reabilitasiyası mümkün olan, lakin maddi imkansızlıqdan cərrahi əməliyyat etdirə bilməyən gözdən əlil şəxslər səyyar klinikada müvafiq oftalmoloji xidmətlərlə təmin ediliblər.
Müasir diaqnostik və cərrahi avadanlıqlarla tam təmin edilən səyyar klinikada yüksək ixtisaslı və peşəkar həkim briqadası tərəfindən gözdən əlil şəxslər ətraflı tibbi müayinə edilib və onlara müvafiq müalicə prosedurları tətbiq olunub.
Bununla yanaşı, səyyar klinikada müxtəlif göz xəstəliklərindən əziyyət çəkən və xəstəliyin ağırlaşdığı təqdirdə əlilliyə məruz qalma ehtimalı olan şəxslərin də müayinəsi aparılıb və onların müalicəsi üçün müvafiq oftalmoloji tədbirlər görülüb.
Göz əməliyyatından uğurla çıxan Şamaxının 74 yaşlı sakini Sədədə Vəliyeva, İsmayıllıdan 80 yaşlı Şərqiyyə Bağırova, həmin rayonun Sərdahar kəndinin 78 yaşlı sakini Xansoltan Ağayeva və onların doğmaları bu humanitar aksiyadan razılıqlarını bildiriblər.
Xidmətdən yararlanan insanlar bu xeyriyyə tədbirinin Prezident İlham Əliyevin doğum gününə təsadüf etdiyi üçün məmnunluqlarını bildirib, ölkədə əlilliyi olan şəxslərin rifah halının yaxşılaşdırılmasına, habelə tibbi-sosial reabilitasiyasına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edərək Ona uzun ömür, cansağlığı arzulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

