Bakı Ali Neft Məktəbində beynəlxalq standartların tətbiqinə başlanılıb
11.12.2014 [10:14]
Bakı Ali Neft Məktəbində (BANM) Türk Standartları İnstitutunun (TSİ) auditorları beynəlxalq standartların tətbiqinə dair qiymətləndirmə tədbirləri həyata keçiriblər. Bir həftə ərzində keçirilən audit yoxlanışından sonra BANM-in konfrans zalında auditin yekun nəticələrinin açıqlanmasına dair iclas olub. İclasda BANM-in rektoru Elmar Qasımov, Türk Standartları İnstitunun Keyfiyyət və Sistemin sertifikalaşdırılması departamentinin nümayəndəsi Mehmet Ali Dönməz, TSİ-nin Azərbaycandakı təmsilçisi Səlim Çələbi, ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov və BANM-in professor-müəllim heyəti iştirak ediblər.
İclası açan BANM-in rektoru Elmar Qasımov qonaqları Ali Məktəbdə görməkdən məmnunluğunu bildirib və deyib ki, Bakı Ali Neft Məktəbinin əsas missiyası milli qanunvericiliyə uyğun olaraq, vətənpərvərlik və dövlətçilik prinsiplərinə əsaslanaraq, dünyada tətbiq olunan beynəlxalq standartların tələbləri səviyyəsində tədris prosesini həyata keçirməkdir. O bildirib ki, BANM-in fəaliyyətində sağlamlıq, əməyin mühafizəsi və ətraf mühitin mühafizəsinin təmin edilməsi ilə yüksək keyfiyyət göstəricilərinə nail olmaq istiqamətində bütün tədbirlər görülməkdədir. Rektor bu müddət ərzində BANM-in strukturları ilə əməkdaşlığa və keyfiyyətin təminatı işinin səmərəsinin artırılmasına verdikləri töhfəyə görə TSİ-nin təmsilçilərinə təşəkkür edib.
İclasda auditin nəticələri geniş şəkildə müzakirə olunub, müəyyən məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, BANM-də vəzifə standartları, laboratoriyalarda, şöbələrdə təhlükəsizlik tədbirləri, tədris metodları standartları, tələbələrin elektron qeydiyyatı ilə bağlı ali məktəbdə görülən işlər məqsədə müvafiq hesab olunub, bununla yanaşı, qarşılıqlı irad, təklif və tövsiyələr səsləndirilib və suallar cavablandırılıb.
Türk Standartları İnstitutunun (TSİ) Azərbaycandakı təmsilçisi Selim Çelebi Bakı Ali Neft Məktəbində bu istiqamətdə görülən işləri yüksək qiymətləndirərək Ali Məktəbdə olan idarəetmə sisteminin, tədris prosesinin təşkilinin müasir tələblərə və standartlara uyğun olduğunu xüsusi olaraq qeyd edib.
Sonda Bakı Ali Neft Məktəbinə beynəlxalq standartların üç istiqaməti üzrə uyğunluq sertifikatın verilməsi ilə bağlı yekun qərar verildiyi elan olunub.
Qeyd edək ki, BANM ilk və yeganə ali təhsil müəssisəsidir ki, İSO-nun üç istiqaməti üzrə - ISO 9001 “Keyfiyyət İdarəetmə Sistemi”, ISO 14001 “Ekologiya idarəetmə sistemi”, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi” üzrə beynəlxalq sertifikata sahib olur.
Xatırladaq ki, bu ilin dekabrında Türk Standartları İnstitunun auditorları beynəlxalq standartların Bakı Ali Neft Məktəbində tətbiqinə dair qiymətləndirmə tədbirləri həyata keçiriblər. Dünyada qəbul olunmuş ISO standartlarına uyğun olaraq, BANM-in bütün struktur bölmələri, şöbələri, mərkəzləri, kitabxana və laboratoriyaları, o cümlədən kafedraları üzrə keyfiyyət, ekologiya, əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemlərinin sənədlərinin yoxlanışı keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

