“Bakcell” jurnalistlər üçün seminar təşkil edib
02.12.2014 [09:06]
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan “Bakcell” şirkəti jurnalistlər üçün “Mobil telekommunikasiyaya giriş” adlı seminar təşkil edib. Seminarın məqsədi ümumilikdə informasiya-kommunikasiya texnologiyaları və mobil telekommunikasiya, mobil telekommunikasiyanın bu günü və gələcəyi, internet təhlükəsizliyi, abunəçilərin mobil operatorlardan gözləntiləri və s. haqqında jurnalistlərin məlumatlılığını artırmaq olub. 28-29 noyabr tarixlərində Qusar rayonunda “Şahdağ Pik Palace” hotelində keçirilən tədbirdə “Bakcell”in baş müştəri xidmətləri direktoru Selda Kokmaz Bostancıoğlu abunəçinin öz mobil rabitə təchizatçısından gözləntiləri, Yeni texnologiyalar və keyfiyyətin qiymətləndirilməsi departamentinin rəhbəri Roman İqnatenko mobil telekommunikasiyanın bu günü və inkişaf perspektivləri, Əlavə xidmətlər bölməsinin rəhbəri Gürel Aktaş mobil kommunikasiyada geniş yayılmış əlavə xidmətlərin əhəmiyyəti, Yeni məhsulların inkişafı bölməsinin rəhbəri Cəlil Xəlilov mobil imza və mobil tətbiqetmələr, eləcə də, Qafqaz Universitetinin Kompüter mühəndisliyi fakültəsinin dekanı Abzetdin Adamov kiber gigiyena haqqında jurnalistlər üçün faydalı təqdimatlar ediblər.
Seminar iştirakçıları “Bakcell” tərəfindən Şahdağ ərazisində yerləşən hoteldə quraşdırılan və burada mobil rabitəni təmin edən binadaxili avadanlığın yerləşdiyi əraziyə baş çəkib, qurğunun iş prinsipi ilə tanış olublar. Bildirilib ki, “Bakcell” son illər ərzində istər paytaxtda, istərsə də respublikanın ən ucqar bölgələrində yerləşən böyük binalarda bu cür binadaxili həllər quraşdırıb.
Həmçinin, seminarın keçirildiyi müddət ərzində “Bakcell” Şahdağ ərazisinə mobil (daşına bilən) baza stansiyası gətirib və bu qurğu jurnalistlərə nümayiş etdirilib. Xatırladaq ki, şirkətin xüsusi avtomobillər üzərində daşınan mobil baza stansiyalarını istənilən nöqtədə qurmaq və keyfiyyətli mobil rabitə xidmətindən istifadə etmək mümkündür.
“Biz seminarda təqdim etdiyimiz hər bir mövzunu mətbuatın gündəlik təhlilinə və diqqət mərkəzində olan aktual mözvulara əsasən seçdik. Bu, çox uğurlu bir model oldu və jurnalistlər tərəfindən böyük maraqla qarşılandı. Bu formatda seminarlar mütəmadi olaraq jurnalistlər, tələbələr və s. üçün də təşkil olunacaq”, - deyə “Bakcell”in Korporativ kommunikasiya bölməsinin rəhbəri Süheylə Cəfərova bildirib.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxSosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Gündəm
18 İyun 18:55
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35

