Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin II Plenumu keçirilib
29.11.2014 [11:29]
Dünən Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin II Plenumu keçirilib. Təşkilati məsələlər və müasir mərhələdə əməyin mühafizəsi problemlərinin həllində həmkarlar ittifaqının rolu məsələləri plenumun əsas müzakirə mövzuları olub. Tədbiri giriş sözü ilə açan Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov insanların əməyinin mühafizəsi məsələsinin həm komitənin, həm də dövlətin həmişə diqqət mərkəzində olduğunu bildirib: “İnsanların təhlükəsizliyinin təmin edilməsi həmişə prioritet məsələ olub. Ölkə başçısı İlham Əliyev də insan amilinə xüsusi diqqət göstərir. Bunun nəticəsidir ki, ölkə qanunvericiliyində də bu məsələlər öz əksini tapır. Əmək fəaliyyətində texniki təhlükəsizliyin qorunması ilə bağlı komitə müfəttişləri bölgələrdə yoxlamalar keçirir, yaranan problemlərin həlli istiqamətində lazımi tədbirlər görülür. Bu sahədə, həmçinin, cəmiyyətin hər bir üzvü birgə çalışmalıdır”.
O, diqqətə çatdırıb ki, əməyin mühafizəsində daha dayanıqlı nəticələrin əldə edilməsi məqsədi ilə gələn ildən bölgələrdə maarifləndirici seminarların keçirilməsi planlaşdırılır.
Həmkarlar İttifaqının Bakı-1 şöbəsinin sədri Bəylər Qurbanov rabitə müəssisələrində əmək müvəkkilləri komissiyası və travmatizmi təhqiq edən komissiyanın yaradılması və fəaliyyəti barədə məlumat verib. O bildirib ki, bu komissiya əmək fəaliyyəti zamanı baş verən hadisələrin səbəblərinin araşdırılması və düzgün qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edir. Nəticədə hadisənin istehsalatda və ya məişət zəminində baş verdiyi müəyyənləşir.
Teleradio İstehsalat Birliyinin Birləşmiş Həmkarlar Komitəsinin sədri Əliverdi Əliyev çıxış edərək “Teleradio” İstehsalat Birliyində əməyin mühafizəsi sahəsində görülən işlər haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkirov BTRİB-də işçilərin sağlamlığının mühafizəsi, onların təhlükəsizliyinin təmin edilməsi və ümumi əmək şəraitinin yaxşılaşdırılması istiqamətində işlərin vəziyyəti barədə məlumat verərək vurğulayıb ki, müəssisələrdə işçilərin sağlamlığına xüsusi diqqət yetirilir, onlara tibbi sığortalar təyin edilir, zərərli ağır işlərdə çalışanların siyahısı tərtib edilərək müntəzəm müayinələrdən keçirilir.
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədr müavini Cavanşir Abbasov çıxışında vurğulayıb ki, əməyin təhlükəsizliyi məsələləri həmişə komitənin diqqətindədir və bu sahədə bir çox qanunvericilik sənədləri qəbul edilib. O, həmçinin, qeyd edib ki, Həmkarlar İttifaqı bu məsələyə müntəzəm nəzarət edir. Buna görə də, son dövrlər travmatizm, ölüm hadisələrinin baş verməsi halları müşahidə olunmur.
Sonda Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Rəşad Səfərov qərar layihəsini təqdim edib. Layihə səsverməyə qoyularaq yekdilliklə qəbul edilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30

