Bilik Fondu ali məktəblərdə silsilə görüşlər keçirir
29.11.2014 [11:16]
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu həftə ərzində ali təhsil ocaqlarında professor-müəllim heyəti və tələbələrlə görüşlər keçirib. Əvvəlcə Bilik Fondunun təmsilçiləri Azərbaycan Turizm İnstitutunun qonağı olub.
Turizm İnstitutunun rektoru, tarix elmləri doktoru Cəfər Cəfərov maarifçilik missiyası daşıyan Bilik Fondunun fəaliyyətini diqqətlə izlədiyini, həyata keçirilən layihələrin cəmiyyətin inkişafına dəstək olduğunu bildirib. İcraçı direktor Oktay Səmədov rəhbərlik etdiyi qurumun cəmiyyətin hər bir təbəqəsinə diqqət ayırdığını və Fondun səmərəli təkliflərə açıq olduğunu deyib.
Fondun əməkdaşları Azərbaycan Turizm İnstitutunun müəllim və tələbələrini maraqlandıran sualları cavablandırıblar.
İkinci görüş Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) olub. Tədbirdə fondun həyata keçirdiyi layihələr haqqında slaydlar göstərilib. Müəllim və tələbələrin suallarını cavablandıran O.Səmədov onları fondun layihələrində fəal iştirak etməyə çağırıb. AMİ-nin rektoru, millət vəkili Aqiyə Naxçıvanlı təklifi müsbət dəyərləndirib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən görüşdə maarifçilik missiyasının əhəmiyyətindən danışan Akademiyanın rektoru, millət vəkili Ağacan Əbiyev Bilik Fondunun fəaliyyətinin cəmiyyətin inkişafındakı önəmini vurğulayıb. Fondun nizamnaməsində sağlam həyat tərzinin təbliğinə, idmanın inkişafına dəstək verilməsi ilə bağlı müddəaların əksini tapdığını xatırladan O.Səmədov Akademiyanın müəllim və tələbələri ilə bu istiqamətdə əməkdaşlığın vacibliyini vurğulayıb.
Bilik Fondunun təqdimatı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində də maraqla qarşılanıb. Universitetin Elmi və Yaradıcılıq İşləri üzrə prorektoru Məryəm Əlizadə birgə əməkdaşlıq planı hazırlamağı təklif edib. Fondun icraçı direktoru təklifdən razı qalıb və deyib ki, incəsənət nümayəndələri kreativ üsullardan yararlanaraq cəmiyyətin bilgiləndirilməsi prosesini sürətləndirməyi bacararlar.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

