Bakı Ali Neft Məktəbi və “Şlümberji” şirkəti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb
07.11.2014 [09:30]
Dünən Bakı Ali Neft Məktəbi (BANM) və “Schlumberger Logelco Inc.” şirkəti (“Şlümberji”) arasında əməkdaşlıq haqqında razılaşmanın imzalanma mərasimi keçirilib. Mərasimi giriş sözü ilə açan rektor Elmar Qasımov Azərbaycanda Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu neft strategiyasından bəhs edərək bildirib ki, Azərbaycan dünyada sənaye üsulu ilə neft çıxaran ilk ölkədir. ARDNŞ-nin Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi beynəlxalq layihələrdən danışarkən E.Qasımov qeyd edib ki, BANM ARDNŞ-nin strukturunda fəaliyyət göstərən ali məktəbdir. Ali məktəbin yaranma tarixi, qısa zaman çərçivəsində əldə etdiyi uğurları, gələcək planları və perspektivləri haqqında söz açan E.Qasımov qısa müddət ərzində əldə edilmiş uğurlar, “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə bakalavriat səviyyəsində mütəxəssis hazırlığının Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında ən müasir tədris texnologiyalarının tətbiqi ilə həyata keçirildiyi, 2012-ci ildə tələbələrdən 11, 2013-cü ildə 15 nəfərin, 2014-cü ildə isə 17 nəfərin Prezident təqaüdünə layiq görüldüyü barədə məlumat verib. Daha sonra hazırda tikilməkdə olan BANM-in ən müasir tələblərə cavab verən kampusunun növbəti təhsil ilində istifadəyə veriləcəyini bildirən rektor bu kampusun Qafqaz regionunda ən böyük kampus olacağını qonaqların diqqətinə çatdırıb.
Üç il öncə yaradılmasına baxmayaraq, artıq Azərbaycanın ali məktəblərinin reytinq cədvəlində ən yüksək yerdə duran BANM-də olduğundan məmnunluğunu bildirən “Şlümberji” şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Vilyam Qreys şirkətin dünyanın 85 ölkəsində fəaliyyət göstərdiyini, hazırda dünyanın neft və qaz yataqları üzrə xidmət göstərən ən irimiqyaslı şirkəti olduğunu qeyd edib, əsasən qazma və hasilat problemlərinin həllində iri şirkətlərlə əməkdaşlıq etdiyini diqqətə çatdırıb və şirkətin kadr siyasəti haqqında məlumat verib. İnsan resurslarının “Şlümberji” şirkəti üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən Vilyam Qreys bu baxımdan ixtisaslı kadrların onlar üçün vacib hədəf olduğunu bildirib və Azərbaycanın neft-qaz sektoru üçün beynəlxalq səviyyəli mühəndislərin hazırlanması prosesinin bir hissəsi olmağa hazır olduqlarını vurğulayıb.
Tədbir çərçivəsində “Şlümberji” şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Vilyam Qreys şirkətin 3 başlıca istiqaməti (layın xarakteristikası, qazma, istehsal) əhatə edən fəaliyyəti haqqında təqdimatla çıxış edib.
Tədbirin sonunda Elmar Qasımov və Vilyam Qreys BANM ilə “Şlümberji” şirkəti arasında əməkdaşlıq haqqında razılaşmanı imzalayıblar. Razılaşmanın məqsədi BANM-də yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək üçün zəruri maddi-texniki, elmi-metodiki və təşkilati tədbirlərin həyata keçirilməsidir. Həmçinin sənəddə BANM-in əlaçı tələbələrinin şirkətin müəssisələrində təcrübə keçməsi, fərqlənən tələbələrinə şirkətin mükafatlarının verilməsi, BANM-in kampusunda ixtisaslaşdırılmış tədris laboratoriyasının yaradılması, şirkətin mütəxəssislərinin BANM-də müəllim qismində fənlərin tədrisinə cəlb olunması, BANM-in istedadlı tələbələrinə təqaüdlərin verilməsi və məzunlar üçün karyera imkanlarının yaradılması, 2-ci və 3-cü kurs tələbələri üçün yay təcrübəsinin, kursların təşkili, şirkət tərəfindən BANM-də yaradılmış və orta məktəblərdə fəaliyyət göstərən “Gənc mühəndislər klubu”nun və dərnəklərin işinə maddi yardım göstərilməsi müddəaları öz əksini tapıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

