Şəhər təsərrüfatı qışa necə hazırlaşır?
05.11.2014 [09:55]
Əlaqədar qurumlar hər hansı problemin olmayacağını deyir
Son günlər havaların kəskin soyuması, həmçinin, intensiv yağışlar insanların qayğısını artırmaqla yanaşı, “şəhər təsərrüfatı qışa hazırdırmı” sualını meydana gətirib. Biz də bu suala cavab tapmaq üçün aidiyyəti qurumlara müraciət etmək qərarına gəldik. Beləliklə, ilk olaraq müraciət etdiyimiz “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) və “Azəriqaz” İstehsalat Birliyinin yetkililəri təmsil etdikləri qurumların qışa hazırlıqla bağlı müvafiq addımlar atdığını bildirdilər.
“Həm su xətlərinin çəkilməsi, həm də kanalizasiya xətlərinin təmizlənməsi istiqamətində mütəmadi olaraq işlər aparılır”
Məsələn, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı qəzetimizə açıqlamasında təmsil etdiyi qurumun payız-qış mövsümünə hazırlıq məqsədi ilə həm su xətlərinin çəkilməsi, həm də kanalizasiya xətlərinin yuyulması, təmizlənməsi yönündə mütəmadi olaraq işlər apardığını qeyd etdi: “İl ərzində biz bu tədbirləri görürük, amma sentyabr ayından etibarən bu sahədə görülən işlər daha da intensivləşib. Yağan yağışlar nəticəsində yaranan palçığın, payız mövsümündə ağaclardan tökülən yarpaqların kanalizasiya xətlərinə, quyularına dolması bizim işimizin mütəmadi olmasına rəvac verir. Son günlərdə yağan yağışlardan sonra bir daha göründü ki, bizim nəzarətimiz altında olan su və kanalizasiya xətlərində, quyularında tutulma halları baş verməyib”.
Anar Cəbrayıllı, həmçinin, payız-qış mövsümündə su sayğaclarının qorunması məqsədi ilə xeyli işlər görüldüyünü də bildirdi: “Bildiyiniz kimi, qış fəslində havaların şaxtalı keçməsi sayğacların donması ilə nəticələnir. Şaxtalı hava şəraitində qorunmayan su sayğacları donur, partlayır, nəticədə isə sıradan çıxır. Biz də keçən ildən etibarən su sayğaclarında donvurmanın qarşısını almaq məqsədi ilə müvafiq tədbirlər görmüşük. Belə ki, “Azərsu” ASC olaraq, su sayğaclarının qalın qoruma təbəqəsi ilə örtülməsi tərəfimizdən həyata keçirilib. Eyni zamanda, tərəfimizdən əhali arasında maarifləndirmə işləri də aparılıb. Bina evlərində əsasən su sayğacları ya şaxtalarda, ya da bloklarda olduğundan, çox vaxt bina evlərində bu kimi hallar baş vermir. Bu kimi hallar daha çox həyət evlərində baş verir ki, əməkdaşlarımız əhali arasında maarifləndirmə işləri aparırlar”.
Onun sözlərinə görə, hazırda “Azərsu” ASC-nin əməkdaşları yağıntılı hava şəraitindən sonra Bakı şəhərinin müxtəlif ərazilərində su və kanalizasiya xətlərinin, quyuların təmizlənməsi işini həyata keçirirlər ki, gələcəkdə yağışların intensiv olacağı təqdirdə, şəhər əhalisinin hərəkəti üçün heç bir maneə yaranmasın.
“Ümumilikdə 200-dən çox qaztənzimləyici və siyirtmə quraşdırılıb”...
Öz növbəsində, “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev qışa tam hazır olduqlarını dedi: “Azəriqaz” İstehsalat Birliyində yaz aylarında hər il daha əvvəlki payız-qış mövsümünün yekunları müzakirə edilir. Bu il də belə olub. Aprel ayında 2014-2015-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar birliyin əmri ilə tədbirlər planı təsdiqlənib. Tədbirlər planı 347 bənddən ibarətdir və may ayından etibarən “Azəriqaz” İstehsalat Birliyinin müvafiq struktur bölmələri və rayon qaz istismarı tərəfindən həmin tədbirlər planına uyğun olaraq tədbirlərin həyata keçirilməsinə başlanılıb. Yəni, ümumilikdə may-sentyabr ayları ərzində 30 min metrdən artıq qaz kəməri təmir olunub, yeni qaz xətləri çəkilib. 5550 metr qaz kəməri dayaqlar üzərinə qaldırılıb. Ümumilikdə 200-dən çox qaztənzimləyici və siyirtmə quraşdırılıb. Bundan başqa, qaz avadanlıqları təftiş olunub. Eyni zamanda, “Azəriqaz”ın qəbul nöqtələrində yerləşən ölçü qovşaqlarının yenidən qurulması istiqamətində də işlər aparılıb. Köməkçi xətlər quraşdırılıb, sərfiyyata uyğun qurğular yenilənib, əvəzlənmə işləri aparılıb. Bütün bu tədbirlər planı ilə nəzərdə tutulan bütün tədbirlər yerinə yetirilib”.
İ.Kərbalayevin sözlərinə görə, bu il “Azəriqaz”da yeni qurum yaradılıb: “Qaz kəmərləri və cihazlarına texniki xidmət sahəsi” adlı qurum tərəfindən texniki baxışların keçirilməsi sürətləndirilib və keyfiyyəti daha da yaxşılaşdırılıb. Bu qurumda ali təhsilli mühəndislərin çalışması işlərin keyfiyyətini daha da artıracaq. Texniki baxışların gücləndirilməsinin başlıca səbəbi də dəm qazından zəhərlənmə kimi halların qarşısını almaqdır”.
“Azəriqaz” rəsmisi abonentlərə müraciət etməyi də unutmadı: “Abonentlər nəzərə almalıdırlar ki, mənzilə daxil olarkən qaz sızmasının olmadığını təyin etməmiş açıq oddan və elektrik şəbəkəsindən istifadə edilməməli, qaz cihazlarını işə salmazdan qabaq otağın havası dəyişilməli, qaz iyinin olmadığı yəqin edilməlidir. Qaz sobalarının tüstü bacaları, mətbəx və hamam otaqlarının havadəyişmə yolları qış mövsümü başlamadan təmizlənməli və işlək vəziyyətə gətirilməlidir”.
Oktay
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18

