ADİU-nun rektoru tələbələrlə görüşüb
10.10.2014 [09:09]
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru, professor Ədalət Muradov yeni tədris ilində ali təhsil ocağına qəbul olmuş birinci kurs tələbələri ilə görüşüb. On fakültə ilə ayrı-ayrılıqda görüşən rektor tələbələrə universitet haqda ətraflı məlumat verərək, yeni tədris ilində görülən işlərdən, tətbiq olunan yeniliklərdən danışıb.
Ötən illərdən fərqli olaraq bu il ADİU-ya qəbul olan tələbələr yeni tədris standartları üzrə təhsil alacaqlar. Bu standartlar tələbəyə dörd il ərzində iki ixtisasa yiyələnmək imkanı verir. Belə ki, ikinci kursu bitirən tələbə ADİU-nun başqa fakültəsinə də qəbul olub, ikinci ali təhsil ala bilər. Bununla bağlı, universitetdə işçi qrup yaradılıb.
SABAH qruplarında yaradılan şərait haqda tələbələrə məlumat verən rektor Ə.Muradov bu tədris modelinin gələcəkdə universitetin bütün fakültələrinə də şamil olunacağını bildirib. Rektor universitetin ikinci tədris korpusunda aparılan texniki təchizat işləri haqda danışaraq qeyd edib ki, yeni quraşdırılan videokonfrans zalı vasitəsilə tələbələr dünyanın istənilən nüfuzlu universitetləri ilə əlaqə saxlaya, müəllim və tələbə heyəti ilə fikir mübadiləsi apara bilərlər.
Oktyabr ayının sonuna qədər universitetin kitabxanası təkmilləşdiriləcək və elektron kitabxana layihəsi tam hazırlanaraq tələbələrin ixtiyarına veriləcək. Daha bir yenilik isə budur ki, universitetdə yaxın vaxtlarda elektron sənəd dövriyyəsinə keçiləcək və tələbələr arayışlarını dəhlizlərdə quraşdırılan xüsusi lövhələrdən sifariş edə biləcəklər. Bu, tələbələrin vaxta qənaət etməsinə kömək edəcək.
ADİU-da yeni qüvvəyə minən “Tələbələrin universitetdaxili intizam qaydaları”na da toxunan rektor vurğulayıb ki, universitetdə qaydalara nəzarət komissiyası yaradılacaq və qaydaları pozanlara qarşı müvafiq ölçü götürüləcək.
Yeni tədris ilindən birinci kurs və SABAH tələbələrinin imtahanları yazılı şəkildə keçiriləcək. Tədris edilən mövzular üzrə 25 sual I-V tədris həftələri ərzində tələbələrə təqdim olunacaq və universitetin saytında yerləşdiriləcək. İmtahan vərəqələri şifrələnərək qiymətləndirmə zamanı tələbənin adı və soyadı görünməyəcək. İmtahanın obyektivliyini təmin etmək məqsədilə nəticələrin ekspertlər tərəfindən selektiv qaydada yoxlanılması nəzərdə tutulub. Bütün imtahan prosesi rektorun şəxsi nəzarətində olacaq.
Tələbələrə universitetdə fəaliyyət göstərən “Qaynar xətt” haqda məlumat verən rektor bildirib ki, onlar öz təklif və iradları ilə bağlı bura müraciət edə bilərlər.
Sentyabrın 25-dən oktyabrın 9-dək ADİU-nun bütün tədris binalarında keçirilən görüşlərdə rektor Ə.Muradov tələbələri maraqlandıran sualları cavablandırıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50

