/ / Azərbaycan Mətbuat Şurasında tanınmış jurnalist Əfqan Əsgərovun 85 illiyi ilə bağlı mərasim keçirilib
Azərbaycan Mətbuat Şurasında tanınmış jurnalist Əfqan Əsgərovun 85 illiyi ilə bağlı mərasim keçirilib
27.09.2014 [10:32]
Sentyabrın 26-da Azərbaycan Mətbuat Şurasında yazıçı-jurnalist Əfqan Əsgərovun anadan olmasının 85 illik yubileyi ilə bağlı mərasim keçirilib.
AzərTAc xəbər verir ki, tədbiri açan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun ömrünü-gününü jurnalistika peşəsinə sərf etmiş qələm sahiblərinin yaradıcılıq məclislərinin təşkilini ənənəyə çevirdiyini bildirib. Diqqətə çatdırıb ki, bu işi daha səmərəli şəkildə gerçəkləşdirmək üçün Mətbuat Şurasının tərkibində Ahıl Jurnalistlər Məclisi yaradılıb. Məclisin xətti ilə indiyədək çoxsaylı tədbirlər təşkil olunub. Bu gün həmin mərasimlərdən biri - yazıçı-jurnalist Əfqan Əsgərovun 85 illik yubileyi qeyd edilir.
Mətbuat Şurasının sədri vurğulayıb ki, Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətlər göstərmiş Əfqan Əsgərov ömrünün yarım əsrdən çox hissəsini mətbuata, ədəbiyyata həsr edib, həm nəsr, həm də dramaturgiya sahəsində maraqlı əsərlər yaradıb. Əfqan Əsgərov 1929-cu ildə Şirvanın Qarabağlılar kəndində anadan olub. O, ötən əsrin 50-ci illərində ədəbiyyata gəlib, həmin vaxtdan da mətbuatda yorulmadan fəaliyyət göstərib. Ə.Əsgərov jurnalist kimi ilk dəfə “Azərbaycan gəncləri” qəzetində fəaliyyətə başlayıb. Qəzetin səhifələrində bir-birinin ardınca maraqlı publisistik yazıları, oçerkləri, felyeton və hekayələri, hətta “Poçtalyon” kino-ssenarisi çap edilən Ə.Əsgərov çox gənc yaşlarından oxucuların məhəbbətini qazana bilib.
Vurğulanıb ki, kinostudiyanın problemləri ilə bağlı “Kommunist” qəzetində məqalə ilə çıxış edən Əfqan Əsgərovun bu yazısı həmin vaxt Azərbaycan KP MK-nın şöbə müdiri Şıxəli Qurbanovun da iştirak etdiyi müşavirədə müzakirə olunub. Mərhum Şıxəli Qurbanov ona “Kommunist” qəzetində işləməyi məsləhət görüb. Beləliklə, Əfqan Əsgərov həmin qəzetdə ədəbiyyat şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 1989-cu ildə “Sovet kəndi” qəzetinin redaktoru olub. 1991-ci ildə Azərbaycan Ali Sovetinin orqanı olan “Həyat” qəzetinin baş redaktoru işləyib.
Əfqan Əsgərov ədəbi ictimaiyyət arasında həm də istedadlı yazıçı və dramaturq kimi tanınır. Onun qələmindən çıxan “Gülyanaq”, “Katib”, “Həsrət də bir vüsaldır”, “Qartal əfsanəsi” romanları, “Dədə Bəhmən” trilogiyası, “Qozbel”, “Məhəbbət ətirli qərənfilim”, “Dünya gözəlliyindir”, “O, daş deyildir” və başqa povestləri ədəbi nəsrimizin inkişafında mühüm əhəmiyyət kəsb edən əsərlərdən sayılır.
Diqqətə çatdırılıb ki, dramaturgiya sahəsində də qələmini sınayan Ə.Əsgərovun “Sarı əlcək”, “O mənim oğlumdur”, “Dağ seli”, “Gülməyən adam” adlı pyesləri respublikamızın müxtəlif teatrlarında tamaşaya qoyulub. Tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılanan “Qız atası” komediyası onun ən yaxşı pyeslərindən sayılır.
Ə.Amaşov Ə.Əsgərova rəhbərlik etdiyi qurumun fəxri diplomunu təqdim edib.
Yubiley mərasimində Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin rəhbəri, Əməkdar Jurnalist Yusif Kərimov məclisin fəaliyyətində ömrünü-gününü jurnalistika peşəsinin məziyyətlərinə həsr etmiş görkəmli qələm sahiblərinin yada salınmasının mühüm əhəmiyyət daşıdığını bildirib. Ə.Əsgərovun müəllifi olduğu tarixi romanlarda qəhrəmanların sovet dövrünün xarakterik mənfi təqdimat tərzindən fərqli şəkildə oxuculara çatdırıldığını önə çəkən Y.Kərimov yubilyarın yaradıcılıq dəst-xəttindəki bir sıra xüsusiyyətləri sadalayıb, onu cəsarətli qələm sahibi kimi səciyyələndirib. Y.Kərimov, eyni zamanda, məlumat verib ki, Ahıl Jurnalistlər Məclisi Azərbaycan milli mətbuatının 140 illiyi ilə bağlı veteran jurnalistlərin müxtəlif illərdə qələmə aldıqları, həmçinin onlar barədəki yazıların yer alacağı toplu hazırlamağı nəzərdə tutur.
Mərasimdə çıxış edən veteran jurnalistlərdən Əli İldırımoğlu, Şakir Yaqubov, Müştəba Əliyev, Rafiq Həsənov, Rafiq Hacıyev, həmçinin “Xalq qəzeti”nin əməkdaşı Tahir Aydınoğlu, “Dünya və İnkişaf” İctimai Birliyinin sədri Namazəli Mustafayev və başqaları Ə.Əsgərovu ustad jurnalist, gözəl nəsr əsərlərinin yaradıcısı, səmimi və qayğıkeş dost kimi xarakterizə edərək onunla bağlı xatirələrini bölüşüblər.
Sonda çıxış edən Əfqan Əsgərov taleyindən razı olduğunu dilə gətirib, xoş sözlərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.
Tədbirdə yubilyara qiymətli hədiyyələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxGündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:47
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
Gündəm
25 Aprel 11:38
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52

