/ / Masallıda “Qafqaz bəbirlərinin (Panthera pardus) mühafizəsi” layihəsi çərçivəsində yay düşərgəsi təşkil edilib
Masallıda “Qafqaz bəbirlərinin (Panthera pardus) mühafizəsi” layihəsi çərçivəsində yay düşərgəsi təşkil edilib
10.07.2014 [10:03]
İyulun 9-da Masallı rayonundakı “Viləş” otelində Dünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin, Heydər Əliyev Mərkəzinin və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Qafqaz bəbirlərinin (Panthera pardus) mühafizəsi” layihəsi çərçivəsində “Bəbirləri qoruyaq!” yay düşərgəsi fəaliyyətə başlayıb.
AzərTAc xəbər verir ki, Astara, Lənkəran və Lerik rayonlarından olan 30-dan çox məktəblinin iştirak etdiyi yay düşərgəsinin əsas məqsədi Qafqaz bəbirlərinin məskunlaşdıqları yerlərin yaxınlığında yaşayan məktəbliləri bu nadir heyvan növü haqqında məlumatlandırmaq və onun mühafizəsi işini təbliğ etməkdir.
Üç gün davam edəcək düşərgədə məktəblilər bəbirlərin həyat tərzi, yayıldıqları ərazilər, onların əhəmiyyəti haqqında geniş məlumat toplayacaq, müxtəlif ekoloji tədqiqatların aparılmasında, viktorina və müsabiqələrdə iştirak edəcəklər.
Yay düşərgəsinin açılış mərasimində çıxış edən Dünya Təbiəti Mühafizə Fondunun Azərbaycan Nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Sevinc Saruxanova bildirib ki, Qafqaz bəbirlərinin qorunmasına yönəlmiş layihənin icrasına 2002-ci ildə başlanılıb. Bu dövr ərzində Azərbaycanda bəbirlərin 4 ərazidə məskunlaşdıqları məlum olub. Bəbirlərin yaşayış məskənlərində xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 4 dəfə artırılıb.
Dünya Təbiəti Mühafizə Fondunun Azərbaycan Nümayəndəliyinin direktoru Elşad Əsgərov bu qurumun yaranma tarixi barədə məlumat verib. Qeyd edib ki, ötən əsrin 60-cı illərində İsveçrədə yaradılan təşkilatın hazırda dünyanın 130 ölkəsində nümayəndəliyi fəaliyyət göstərir.
E.Əsgərov Azərbaycan Nümayəndəliyinin fəaliyyət göstərdiyi 12 il ərzində həyata keçirilən layihələr barədə məlumat verib.
IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin ekoloqu Nəzakət İsayeva 2011-ci ildən fəaliyyət göstərən qurumun həyata keçirdiyi layihələr barədə məlumat verib. Bildirib ki, bəbirlərin mühafizəsi ilə bağlı Heydər Əliyev Fondunun vitse-prezidenti, Birliyin təsisçisi və rəhbəri Leyla Əliyevanın Qafqazda nəsli kəsilməkdə olan 5 fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) qorunmasını əhatə edən “Böyük beşlik” proqramı çərçivəsində gördüyü işlər öz bəhrəsini verməkdədir.
N.İsayeva layihə çərçivəsində “Eko gündəlik” rəsm və inşa, “Bəbirlərin kostyumu” müsabiqələri keçiriləcəyini diqqətə çatdırıb.
Qeyd olunub ki, bu istiqamətdə görülən işlər sırasında mayın 7-də IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə Heydər Əliyev Mərkəzində keçirilən pişikkimilər fəsiləsinə aid olan növlərə həsr olunmuş Qafqaz Biomüxtəlifliyi Sammiti bu sahədə xüsusi əhəmiyyət kəsb edir.
Dünyanın qabaqcıl ekspertlərinin iştirakı ilə keçirilən Sammit Qafqazda məskunlaşan bəbirlərin qorunması istiqamətində atılan böyük addımlardan biri olub.
Diqqətə çatdırılıb ki, konfransda çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva gənclərin dəstəyi olmadan ətraf mühitin qorunmasına ümid bəsləməyin çətin olduğunu vurğulayıb.
Təhsil Nazirliyinin nümayəndəsi Lalə Dadaşova, Hirkan Milli Parkının elmi işlər üzrə direktor müavini Hacıağa Cəfərov ölkəmizdə təbiətin mühafizəsi sahəsində görülmüş işlərdən, həyata keçirilən layihələrin əhəmiyyətindən danışıblar.
Astara rayonunun Siyov kənd sakini Babaxan Rəhmanov 1991-ci ildə rayonun ərazisində, “Şindan” qalasının yaxınlığında bəbirlə qarşılaşdığı səhnədən danışıb.
Bildirilib ki, Qafqaz Biomüxləfliyi Sammitinin davamı olaraq keçirilən bu cür yay düşərgələri gənclərin kiçik yaşlarından təbiətin qorunması, biomüxtəlifliyin mühafizəsinə cəlb olunması və onların bu işdə fəallığının artırılması üçün olduqca məqsədəuyğundur.
Yay düşərgəsinin birinci günündə məktəblilər üçün “Bəbirləri qoruyaq” mövzusunda seminar, “İnsan və ətraf mühit” mövzusunda disput keçirilib, bəbirlərin həyat tərzi haqqında videofilmlər nümayiş etdirilib, dostluq tonqalı ətrafında musiqili əyləncəli proqram təşkil olunub.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04

