“Azərbaycan qadını” jurnalının yay buraxılışının təqdimat mərasimi keçirilib
04.07.2014 [09:57]
Jurnalın yeni nömrəsində oxuculara maraqlı bədii-publisistik yazılar təqdim olunub
İyulun 3-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Azərbaycan qadını” jurnalının yay buraxılışının təqdimat mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları və KİV təmsilçiləri iştirak ediblər.
Tədbirdə Azərbaycanın Əməkdar artisti Sevda Ələkbərzadənin “İntro” musiqi albomunun təqdimatı olub və o, konsert proqramı ilə çıxış edib.
Gecədə azərbaycanlı müğənnini “Music Band”in bədii rəhbəri Givi Usenaşvili, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri (dirijor, Azərbaycanın Xalq artisti Fəxrəddin Kərimov) və Abxaziya Dövlət xor kapellası (Gürcüstan, Tbilisi, bədii rəhbər və dirijor Quram Kuraşvili) müşayiət ediblər.
Təqdimat mərasimində çıxış edən tanınmış musiqişünas Cahangir Süleymanov “Azərbaycan qadını” jurnalının fəaliyyətini yüksək qiymətləndirib.
Qeyd olunub ki, jurnal çox populyardır və olduqca geniş oxucu auditoriyasına malikdir.
Sevda Ələkbərzadənin yaradıcılığından söhbət açan C.Süleymanov təqdim olunan yeni layihənin milli musiqi ənənələrinə əsaslanaraq eksperimental üslubda hazırlandığını diqqətə çatdırıb.
Fatma Abdullazadənin baş redaktorluğu ilə nəşr olunan “Azərbaycan qadını”nın növbəti buraxılışı mərasim iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Jurnalın yeni nömrəsində oxuculara maraqlı bədii-publisistik yazılar təqdim edilib.
“Azərbaycan qadını”nın səhifələrində 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı görülən işlər və nəzərdə tutulan kompleks tədbirlərə geniş yer verilib. Materiallarda bu məqsədlə həyata keçirilən bir sıra yeni layihələr - Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin açılışı, Milli Gimnastika Arenası, paytaxtda öz müasir tikinti üslubu ilə fərqlənəcək və xüsusi gözəlliyi ilə seçiləcək Su İdmanı Sarayı, Bakı Atıcılıq Mərkəzi, inşa olunan Bakı Olimpiya Stadionu, əsaslı rekonstruksiya edilən mövcud idman obyektləri, telekommunikasiya, nəqliyyat, istirahət məkanları və s. barədə məlumat verilib.
“Ana təbiəti sevək və qoruyaq!” mövzusunda materialda Bakıda keçirilən Qafqaz Biomüxtəlifliyi Sammitinin əsas məqsədindən, tədbirdə iştirak edən qonaqlarından söz açılıb.
IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə Bakıda keçirilən Sammitdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
Nəşrdə çoxəsrlik ənənələrə malik “Dumanlı Albion”da yurddaşlarımızın diaspor təşkilatlarının fəaliyyətindən söz açılıb.
Qeyd edilib ki, bu qurumlar həmvətənlərimizin yalnız yaşadıqları ölkəyə uyğunlaşmasına deyil, həm də xalqımızın adət-ənənələrini qorumağa yardımçı olub. Məqalədə İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfindən həmsədri, professor Nərgiz Paşayevanın Cəmiyyətin Böyük Britaniya tərəfindən yeni seçilmiş həmsədri, Parlamentin Lordlar Palatasının üzvü Lord German ilə görüşü diqqətə çatdırılıb.
Jurnalda “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı və dəstəyi ilə Bakıda keçirilən Azərbaycanın və qonşu ölkələrin müasir incəsənətini əks etdirən “Love Me, Love Me Not” adlı sərgi ilə bağlı oxuculara ətraflı məlumat təqdim edilib.
“Azərbaycan qadını” jurnalının yay buraxılışında oxucuları, həmçinin qadın şairlərlə, “Neftçi”nin canlı əfsanəsi olan Ələkbər Məmmədov, bizə gözəlliyin sadə formulunu açıqlayan müasirimiz Günel Rüstəmova, Azərbaycan orqan-klavesin mədəniyyətinin yaradıcıları və ifaçıları ilə maraqlı görüş gözləyir.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

