Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Gəncədə Heydər Əliyev park kompleksində iməcilik təşkil olunub

Gəncədə Heydər Əliyev park kompleksində iməcilik təşkil olunub

10.06.2014 [09:13]

Gəncədə Heydər Əliyev park kompleksinin ərazisində iməcilik təşkil olunub. Şəhərin idarə, müəssisə və təşkilatlarının kollektivlərinin qatıldığı iməcilikdə park ərazisində səliqə-səhman yaradılıb. Yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib, ərazidə mövcud olan ağac və tinglərə su verilib. İrigövdəli ağaclar budanıb və dibləri bellənib. İməcilik zamanı sözügedən ərazi, həmçinin, məişət tullantılarından da təmizlənib. Bundan başqa, parkda əkinçilik və meliorativ tədbirlərin yerinə yetirilməsi təmin olunmaqla, əraziyə müxtəlif gül kolları əkilib.
Qeyd edək ki, Yeni Gəncə yaşayış massivində yaradılmış Heydər Əliyev park kompleksi dünyanın ən böyük parklarından biridir. Kompleksdə Heydər Əliyev Mərkəzi, Ulu öndərin möhtəşəm abidəsi, Müasir İncəsənət Muzeyi, Zəfər Tağı, süni göl, amfiteatr və s. şəhər əhalisinin və turistlərin sevimli məkanlarındandır.

Paylaş:
Baxılıb: 1006 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Yeni texnologiyalar

Ədəbiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30