/ / Azərbaycan mülki aviasiyasının canlı əfsanələrindən olan Əzimbala Əzimova həsr edilmiş tədbir keçirilib
Azərbaycan mülki aviasiyasının canlı əfsanələrindən olan Əzimbala Əzimova həsr edilmiş tədbir keçirilib
15.05.2014 [09:00]
Mayın 14-də Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Mülki Aviasiya Muzeyində Azərbaycan mülki aviasiyasının canlı əfsanələrindən biri, “Şöhrət” ordenli Əzimbala Əzimova həsr edilmiş “50 il səmada” adlı tədbir keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayev, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) əməkdaşları, akademiyanın professor-müəllim və tələbə heyəti iştirak ediblər.
Mərasimi muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Firəngiz Hüseynova açaraq Əzimbala Əzimovun həyat yolundan, Azərbaycan milli aviasiyasının inkişafındakı xidmətlərindən danışıb.
Vurğulanıb ki, Azərbaycan mülki aviasiyasının bayraqdarlarından olan Əzimbala Əzimov 50 ildir bu sahədə çalışır. Bu müddətdə o, 28 min 500 saat uçuşda olub. Bütün MDB məkanında bu göstərici birincidir. Ə.Əzimov hazırda MAA-da pedaqoji fəaliyyətlə məşğuldur. Əfsanəvi pilot həm də uçuş heyətlərinin məsləhətçisidir.
Diqqətə çatdırılıb ki, Əzimbala Əzimova verilən fəxri fərmanlar, qol saatı Mülki Aviasiya Muzeyində ən dəyərli eksponat kimi qorunub saxlanılır. Çünki o, canlı əfsanədir.
Sonra tədbir iştirakçıları “50 il səmada” adlı videoslayda baxıblar.
Tədbirdə “Azərbaycan Hava Yolları” QSC-nin aeronaviqasiya idarəsinin direktoru Valeri Sultanov, “Silk Way” aviaşirkətinin əməkdaşları Azər Babayev, İmran Baqiyev, Rahib Şərbətov və başqaları çıxış edərək, təyyarəçinin keçdiyi şərəfli ömür yolundan, müasir mülki aviasiyamızın inkişafındakı əvəzsiz xidmətlərindən söhbət açıblar.
Vurğulanıb ki, Ə.Əzimov həlledici məqamlarda verdiyi düzgün qərarlarla yüzlərlə insanın həyatını xilas edib.
Xüsusi qeyd edilib ki, onun həyatı gənc pilotlar üçün də nümunədir. 1991-ci ildə Leninqrad Mülki Aviasiya Akademiyasını mühəndis-təyyarəçi ixtisası üzrə bitirən Ə.Əzimov indiyədək yüzlərlə kadrın hazırlanmasında əvəzsiz xidmətlər göstərib. Bu gün onun tələbələrinin uçuş coğrafiyası, demək olar ki, bütün Yer planetini əhatə edir.
Bildirilib ki, təcrübəli pilotun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 1 iyun tarixli Sərəncamı ilə Əzimbala Xanbaba oğlu Əzimov “Şöhrət” ordeni ilə təltif olunub. Bu mükafat Ə.Əzimovun ömrünün səmada keçən əlli illik hissəsinə düşən şöhrət işığıdır.
Mərasimdə çıxış edən Əzimbala Əzimov tədbirin təşkilinə görə Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevə dərin minnətdarlığını bildirib. O, tələbələrə seçdikləri peşənin sirlərinə dərindən yiyələnməyi, daim öz üzərlərində çalışmağı, biliklərini və təcrübələrini zənginləşdirməyi tövsiyə edib.
Sabunçu rayonundakı 187 nömrəli məktəbin şagirdlərinin ifasında aviasiya və vətənpərvərlik mövzusundakı şeirlər səsləndirilib.
MAA-nın tədris işləri üzrə prorektoru Ədalət Səmədov təmsil etdiyi ali təhsil müəssisəsi adından Əzimbala Əzimovu təbrik edib, ona uzun ömür, cansağlığı arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

