/ / Dövlət Sosial Müdafiə Fondunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirilib
Dövlət Sosial Müdafiə Fondunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirilib
07.05.2014 [10:03]
Dövlət Sosial Müdafiə Fondunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib. Mərasim iştirakçıları öncə Heydər Əliyev Mərkəzini ziyarət edərək, Mərkəzdə fəaliyyət göstərən və Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini özündə əks etdirən Heydər Əliyev Muzeyinin eksponatları ilə tanış olublar. Daha sonra Dövlət Sosial Müdafiə Fondunun inzibati binasının foyesində Ulu öndərin büstü önünə əklil qoyularaq, əziz xatirəsi ehtiramla yad edilib. Sonra tədbir Fondun akt zalında davam etdirilib.
Tədbirdə çıxış edən DSMF-nin sədri Elman Mehdiyev bildirib ki, Azərbaycan xalqının müstəqil dövlət quruculuğu kimi şərəfli tarixi vəzifəni yerinə yetirməsi bütün çətinliklərə Öz dühası ilə qalib gələn böyük şəxsiyyətin - Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin milli inkişaf strategiyası və onun icrası sahəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlar qloballaşmanın diktə etdiyi yanaşma meyarları ilə milli reallıqlara əsaslanan baxışların uğurla əlaqələndirilməsini təmin edib, ölkəmizin müasir inkişaf modelini formalaşdırıb. Bu modelin əsas mərkəzi halqası və dövlət quruculuğu fəlsəfəsinin başlıca elementi sosial rifahdır. “Bu gün hər bir azərbaycanlı Heydər Əliyevin ən böyük sənət əsəri olan müstəqil, inkişaf edən Azərbaycanın vətəndaşı olmaqdan qürur duyur, böyük öndərə sayğı və məhəbbətini Onun ideyaları ətrafında daha da sıx birləşməkdə görür. Fəxrlə söyləyə bilərik ki, xalqımızın Ümummilli liderinin “Azad, sərbəst, demokratik ölkə kimi Azərbaycan inkişaf edəcək və Avropa ilə Asiyanın qovuşduğu bir yerdə öz tarixi xidmətlərini göstərəcəkdir” arzusu möhtərəm Prezident İlham Əliyevin səyi nəticəsində tam reallığa çevrilib”.
Mərasimdə Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov çıxış edərək, Ulu öndərin vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən, ölkəmizin iqtisadi inkişafı, beynəlxalq nüfuzunun artırılması istiqamətində gördüyü işlərdən bəhs edib. S.Novruzov bildirib ki, Ümummilli lider Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib, Azərbaycan torpağının, Azərbaycan dövlətinin, Azərbaycan xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görüb.
Digər çıxış edənlər Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, Onun ölməz ideyaları, ölkədə dinamik sosial-iqtisadi inkişafın təmin edilməsində, demokratik-hüquqi, vətəndaş cəmiyyətinin yaradılmasında əvəzsiz xidmətlərindən danışıblar.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

