/ / Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirib
Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirib
06.05.2014 [08:51]
Azərbaycan Mətbuat Şurasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı tədbir keçirilib. Şuranın Ahıl Jurnalistlər Məclisinin xəttilə düzənlənən tədbirdə əsasən bu böyük şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövrdə jurnalistika sahəsində fəaliyyət göstərmiş yaşlı qələm sahibləri iştirak ediblər.
MŞ sədri Əflatun Amaşov bildirib ki, XX əsrin görkəmli dövlət və siyasət adamı olan Heydər Əliyevin nəsillərə örnək həyat yolu və mübarizəsi milli jurnalistikamızla qırılmaz tellərlə bağlı olub. Azərbaycan ikinci dəfə müstəqilliyinə qovuşduqdan, daha doğrusu Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra kütləvi informasiya vasitələrimizin hərtərəfli inkişafı sahəsində atılan addımlar nəticə etibarilə cəmiyyətdə söz və ifadə azadlıqlarının dərinləşməsinə təkan verib. Mövcud kurs mediaya dövlət dəstəyinin timsalında daha dolğun bir şəkildə həyata keçirilməkdə və dərinləşdirilməkdədir. “Hesab edirəm ki, bu gün bura toplaşanların hər birinin deməyə sözü, bölüşməyə xatirəsi var. Heydər Əliyevlə eyni dövrdə yaşayıb yaratmaq xoş xatirə zənginliyi ilə yanaşı, böyük məsuliyyətdir. Sizlərin hər biri bu məsuliyyəti çiyinlərinizdə daşıyaraq əsl jurnalistika dəyərlərini yaşatmış peşəkarlarsınız”, - deyən Ə.Amaşov Heydər Əliyev irsinin öyrənilməsində milli mətbuatımızda gedən nümunələrin misilsiz önəm kəsb etdiyini vurğulayıb, bununla bağlı konkret məqamlardan söz açıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, MŞ İdarə Heyətinin üzvü Vüqar Səfərli bildirib ki, rəhbərlik etdiyi dövlət qurumu Heydər Əliyev şəxsiyyətinin mediaya, azad sözə konseptual baxışlarına varisliyin nəticəsi olaraq yaranıb. O, Ulu öndərin cəmiyyətdə demokratik fikrin formalaşmasında jurnalist fəaliyyətinin müxtəlif aspektlərinə önəm verdiyini diqqətə çatdırıb və bildirib ki, media sahəsində görüləcək işlər mövcud təmələ əsaslanır.
MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri, Əməkdar jurnalist Yusif Kərimov Ümummilli lider Heydər Əliyevi Azərbaycanın tərəqqisi naminə görülən işlərdə jurnalistikanın gücündən məharətlə istifadə edən şəxsiyyət kimi dəyərləndirib.
MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə media amilinin Heydər Əliyev siyasi kursunda aparıcı mövqe tutduğunu bildirib və qeyd edib ki, Ulu öndərin jurnalistikaya verdiyi dəyər demokratik cəmiyyət quruculuğu prosesinin dərinləşməsinə hesablanmış ən mühüm addımlardandır. Bunu hər bir qələm sahibi layiqincə dəyərləndirməlidir.
Toplantıda çıxış edənlərdən MŞ-nin Ahıl Jurnalistlər Məclisi rəhbərinin müavini, Əməkdar jurnalist Məzahir Süleymanzadə, MŞ İdarə Heyətinin üzvü, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli, “Təhsil və zaman” qəzetinin baş redaktoru, Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev, “Assa iradə” İnformasiya Agentliyinin baş direktoru Fazil Abbasov və başqaları Heydər Əliyev və KİV mövzusunun müxtəlif istiqamətlərinə toxunublar. Tədbirdə, həmçinin, Heydər Əliyevin böyük həyat yolunun ayrı-ayrı cəhətlərinin, zəngin ideya irsinin yeni nəsillərə çatdırılması ilə bağlı sistemli fəaliyyətdə medianın daşıdığı missiya ətrafında geniş müzakirə aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

