/ / Görkəmli alimin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş “Müasir coğrafiya elminin tətbiqi istiqamətləri” mövzusunda konfrans keçirilib
Görkəmli alimin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş “Müasir coğrafiya elminin tətbiqi istiqamətləri” mövzusunda konfrans keçirilib
25.04.2014 [09:24]
Aprelin 24-də Bakı Dövlət Universitetində (BDU) görkəmli alim, coğrafiya elmləri doktoru, professor Rizvan Xanəmi oğlu Piriyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş “Müasir coğrafiya elminin tətbiqi istiqamətləri” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Tədbirdən əvvəl BDU-nun coğrafiya fakültəsində görkəmli alimin xatirə lövhəsinin açılışı olub.
Konfransda BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, coğrafiya fakültəsinin dekanı, professor Fərda İmanov görkəmli alim Rizvan Piriyevin çətin, lakin mənalı ömür yolundan, geniş elmi və pedaqoji fəaliyyətindən, Azərbaycan elminə verdiyi töhfələrdən danışıblar.
Bildirilib ki, alimin elmi tədqiqatlarında əsas istiqamət morfometriya sahəsi olub. O, Azərbaycan Respublikasının və Xəzər dənizi akvatoriyasının morfometrik xarakteristikalarının öyrənilməsi ilə məşğul olub. Professor R.Piriyev ilk dəfə olaraq relyefin riyazi modelini xarakterizə etmək məqsədi ilə riyazi-statistik üsullarla morfometrik göstəricilərin, o cümlədən relyefin funksional paylanmasını ekstremal yüksəkliklər üzrə tədqiq edib.
Alim respublika ərazisi timsalında ilk dəfə olaraq relyefin parçalanmasını xarakterizə edən morfometrik göstəriciləri təyin edib və bir sıra orta miqyaslı xəritələr tərtib edib.
R.Piriyev kartoqrafiya, morfometriya sahəsində tanınmış alimdir, Azərbaycan morfometriya məktəbinin əsasını qoyub. Alimin yaratdığı bu məktəb nəinki keçmiş SSRİ-də, eləcə də bir çox xarici ölkələrdə məşhur olub.
Professor R.Piriyev bir çox elmi məqalələrin, morfometrik xəritə və kitabların müəllifidir. Onun “Relyefin morfometrik təhlili” monoqrafiyası, ilk dəfə olaraq Azərbaycan dilində hazırladığı kartoqrafiya və geodeziyaya aid dərsliklərdən və elmi-metodik vəsaitlərdən ali məktəblərdə geniş istifadə edilir.
60-dək əsərin müəllifi olan R.Piriyev Azərbaycan Dövlət Universitetində 35 il elmi-pedaqoji fəaliyyətlə məşğul olub. O, bir neçə il geologiya-coğrafiya fakültəsinin dekanı olub, sonra isə özünün təşəbbüsü ilə açılmış Geodeziya və kartoqrafiya kafedrasına rəhbərlik edib.
R.Piriyev 1989-cu ildə dünyasını dəyişib. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Tofiq Hacıyev, BDU-nun professoru Şövqi Göyçaylı və digər alimlər də professor Rizvan Piriyevin elmi yaradıcılığının əhəmiyyətindən bəhs edib, onunla bağlı xatirələrini söyləyiblər.
Alimin oğlu, Bakı Slavyan Universitetinin pedaqoqika kafedrasının dekanı, professor Eldar Piriyev atasının xatirəsinə göstərilən diqqətə görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35

