“Sovetski”dəki mədəniyyət abidələri sökülməyəcək
23.04.2014 [09:08]
Səməd İslamov: Onların toxunulmazlığı ciddi nəzarətə götürülüb və sökülməsinə yol verilə bilməz
Bu bir həqiqətdir ki, Azərbaycanda son 10 ildə aparılan abadlıq-quruculuq işləri nəticəsində paytaxt Bakı ilə yanaşı digər şəhərlərimiz də simasını dəyişir, yeni parklar, xiyabanlar salınır, milli memarlığımızın zəngin ənənələrinə əsaslanan çox gözəl binalar inşa edilir. Bakı gözəlləşdikcə, müasirləşdikcə paytaxtımıza qonaq gələn xarici turistlər inkişafı gözləri ilə görür və gecələr işıq saçan şəhərimizdən gözlərini çəkə bilmirlər. Onlar etiraf edirlər ki, hər dəfə Bakıya gələndə şəhərimizdə böyük yeniləşmənin, müasirləşmənin şahidi olurlar.
“Sovetski”nin yerində müasir parklar salınacaq və bu ərazi şəhərin ən gözəl yerlərindən birinə çevriləcək
Məlum olduğu kimi, hər gün yeniləşən və müasirləşən Bakının gözəlləşməsi fonunda köhnə “Sovetski” adlanan ərazinin yenidən, tam müasir dünya standartlarına uyğun bir şəkildə formalaşdırılması ilə bağlı dövlət tərəfindən xüsusi fəaliyyət planı həyata keçirilir. Həmin ərazidə yerləşən köhnə, uçuq-sökük evlərin yerində müasir parklar salınacaq və ora heç şübhəsiz ki, şəhərin ən gözəl yerlərindən birinə çevriləcək.
Əlbəttə ki, dünyanın ən gözəl şəhərləri ilə müqayisə olunan müasir Bakının inkişafında, yenidən qurulmasında tarixiliyə böyük önəm verilir. Bakının müasirliyi, fərqliliyi, sosiallığının təmin olunması həyata keçirilən siyasətin tərkib hissəsidir. Bu siyasətin davamı olaraq Bakıda yaşıllıqların sahəsi yaxın gələcəkdə artırılacaq, köhnə tikililər söküləcək, yeni yollar çəkiləcək, müasir standartlara cavab verən sosial obyektlər, çoxlu sayda parklar istifadəyə veriləcək.
Eyni zamanda, sözügedən ərazidə bir sıra ev muzeyləri və maddi mədəniyyət abidələri fəaliyyət göstərir. Bəs, həmin mədəniyyət ocaqlarının taleyi necə olacaq? Artıq bu məsələ də öz həllini tapıb.
Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov mətbuata açıqlamasında bildirib ki, ərazidə yerləşən dövlət əhəmiyyətli tarixi binalar sökülməyəcək. Onun sözlərinə görə, ilin əvvəlindən Yasamal rayonu ərazisində olan bütün tarixi memarlıq abidələrinin dislokasiyası aparılıb. Məlum olub ki, sökülməsi nəzərdə tutulan ərazidə 168 tarixi memarlıq abidəsi yerləşir: “Bütün tarixi və mədəniyyət binaları araşdırılaraq onların dislokasiyası tərtib edilib. Ümumiyyətlə, söküntü ərazisində yerləşən abidələrin sayı 168, ilkin mərhələdə söküntü ərazisinə düşən abidələrin sayı isə 44-dür. Onların toxunulmazlığı ciddi nəzarətə götürülüb və sökülməsinə yol verilə bilməz”.
Tarixi abidələr hesab edilən binalarda yaşayan sakinlərin mənzillərindən köçürülüb, köçürülməməsinə gəlincə, İcra Hakimiyyətinin nümayəndəsi deyib ki, hazırda bu istiqamətdə müzakirələr aparılır. Həmin abidələrin gələcəkdə hansı təyinat üzrə fəaliyyət göstərməsi müzakirələrdən sonra məlum olacaq.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
19 May 19:16
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26

