Daha 100 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlili minik avtomobilləri ilə təmin edilib
17.04.2014 [09:09]
Dünən Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin cari il ərzində avtomobillə tam təmin olunması istiqamətində işlərin davamı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 100 nəfər şəxs “Naz-Lifan” markalı minik avtomobilləri ilə təmin edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, həmin şəxslərin 95 nəfəri Qarabağ müharibəsi, digərləri 20 Yanvar əlilləridir.
Beləliklə də, 2014-cü ilin 1 yanvar tarixinə növbədə dayanmış 675 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilindən artıq 200 nəfəri avtomobillə təmin olunub və növbədə olan 475 nəfər vətəndaşın da cari ilin sonuna qədər xüsusi avtonəqliyyatla təminatı başa çatdırılacaq.
Avtomobillərin açar və sənədlərinin təqdim olunması zamanı Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə, o cümlədən, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş insanların rifah halının yaxşılaşdırılmasına xüsusi diqqət və qayğı göstərdiyi vurğulanıb. Bu təbəqədən olan vətəndaşların dövlət hesabına mənzillə, minik avtomobili ilə təminatı, onların maddi təminatının gücləndirilməsi sahəsində görülən işlərdən danışılıb. Qeyd olunub ki, bu gün verilən maşınlar da daxil olmaqla minik avtomobili alan əlillərin sayı artıq 4 mini ötür.
Tədbirdə ürək sözlərini ifadə edən Qarabağ müharibəsi və 20 Yanvar əlilləri əlilliyi olan şəxslərə dövlət qayğısından razılıqla söz açıblar. Onlar Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş insanlara təyin olunan Prezident təqaüdlərinin, habelə, sosial müavinətlərin cari ilin 1 aprel tarixindən artırılmasının bu təbəqədən olan insanlara növbəti Prezident qayğısı olduğunu vurğulayıblar. Bu gün verilən avtomobillərin onların həyatına rahatlıq gətirəcəyini qeyd edən əlilliyi olan şəxslər onlara göstərilən hərtərəfli qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43

