/ / Səbail rayonunda şagirdlərə Ulu öndər Heydər Əliyevin zəngin irsinin tədris olunmasının vəziyyəti müzakirə edilib
Səbail rayonunda şagirdlərə Ulu öndər Heydər Əliyevin zəngin irsinin tədris olunmasının vəziyyəti müzakirə edilib
15.04.2014 [09:24]
Cari ilin mart-aprel aylarında Səbail rayon İcra Hakimiyyəti (RİH) tərəfindən ümumtəhsil məktəblərində müasir Azərbaycan tarixinin və Ulu öndər Heydər Əliyevin zəngin irsinin daha səmərəli öyrənilməsi məqsədilə XI sinif şagirdləri üçün açıq dərslərin keçirilməsi yüksək səviyyədə təşkil olunub.
Səbail rayon İcra Hakimiyyətinin (RİH) başçısı yanında Şuranın növbəti yığıncağında bununla bağlı müzakirələr aparılıb.
Səbail rayon rəhbərliyinin, Şuranın üzvlərinin, təhsil müəssisələrinin, qəsəbə və sahə ərazi nümayəndəliklərinin, bələdiyyələrin, ictimai təşkilatların və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclasda rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov deyib ki, Prezident İlham Əliyevin diqqət və qayğısının məntiqi nəticəsi olaraq ölkəmizin təhsil sisteminin inkişafında böyük irəliləyişlər əldə olunub. Prezidentin tapşırıqlarına, müvafiq Dövlət proqramlarına uyğun olaraq son illərdə yüzlərlə yeni təhsil müəssisəsi tikilib, əsaslı təmir edilib, lazımi avadanlıq və dərs ləvazimatları ilə təmin olunublar. Son üç il ərzində rayonda yeni məktəb və uşaq bağçası tikilib, digər məktəb və uşaq bağçalarının binaları isə əsaslı təmir olunub. Bütün təhsil müəssisələrində müasir təhsil üçün hər cür şərait yaradılıb.
Açıq dərslərin gedişatı barədə məlumat verən İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova bildirib ki, dərslərin yüksək səviyyədə, sistemli və planlı şəkildə keçirilməsi üçün xüsusi cədvəl tərtib olunub, rayonun orta və ali məktəblərinin peşəkarlığı, elmi-nəzəri, metodiki hazırlığı ilə fərqlənən nüfuzlu tarix müəllimləri seçilərək onlar üçün seminar keçirilib. Keçirilən hər bir dərsdə iştirakçılarla yanaşı, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları da iştirak ediblər. Təcrübəli tarix müəllimləri tərəfindən tədris edilən açıq dərslərin hamısı canlı ünsiyyət və şagirdlərin yüksək fəallığı şəraitində keçib, dərslər Azərbaycan və rus bölmələri üzrə aparılıb.
Rayondakı 17 orta təhsil müəssisəsində oxuyan 1268 XI sinif şagirdi də qruplar şəklində dərslərdə iştirak edib. Həmçinin, Səbail rayonunda fəaliyyət göstərən məcburi köçkün məktəblərindən 50-dən artıq XI sinif şagirdi də dərslərə cəlb olunublar.
Açıq dərslərlə yanaşı, fevral ayında 132-134 nömrəli təhsil kompleksinin, mart ayında 49 nömrəli “İntellekt” məktəb-liseyinin, aprel ayında 190 nömrəli orta məktəbin hər birinin 60 nəfər şagirdi Heydər Əliyev Mərkəzində olub. Apreldə isə 189 nömrəli orta məktəbin şagirdlərinin Mərkəzə ekskursiyası nəzərdə tutulub.
Şura iclasında çıxış edən Dövlət İdarəçilik Akademiyasının Həmkarlar İttifaqı Komitəsinin sədri Yusif Ağayev, 132-134 nömrəli təhsil kompleksinin direktoru Sara Xanlarova, 49 nömrəli “İntellekt” məktəb-liseyin direktoru Təhminə Əsədova, Azərbaycan Dövlət İqtisad Universitetinin Yeni Azərbaycan Partiyası ilk təşkilatının sədri Zəfər Bayramov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Rafiq Baxşəliyev və başqaları açıq dərslərin müasir Azərbaycan tarixinin öyrənilməsi baxımından gələcək nəsil üçün əhəmiyyətindən danışıblar.
Şura iclasında həm də Ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə əlaqədar rayonda keçiriləcək tədbirlər barədə məlumat verilib, idarə, təşkilat və təhsil müəssisələrinin üzərinə düşən vəzifələrdən danışılıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

