XXI əsrin ən uğurlu layihəsi
02.04.2014 [09:23]
Bu bir həqiqətdir ki, Prezident İlham Əliyevin son 10 ildəki fəaliyyəti, reallaşdırılan layihələr və Ümummilli lider Heydər Əliyev siyasətindən qaynaqlanan yeni-yeni ideyalar ölkənin hərtərəfli inkişafını təmin edir. İqtisadi inkişaf tempinə görə, son 10 ildə Azərbaycan ən çox inkişaf edən ölkələr sırasında ilk cərgələrdə dayanır. Məlum olduğu kimi, Azərbaycan dövləti ötən il əsrin ən mühüm tarixi uğuruna imza atdı. Bu, “Şahdəniz” layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişinin imzalanmasıdır. Məlumat üçün bildirək ki, Azərbaycanın ən böyük təbii qaz mənbəyi olan “Şahdəniz” yatağının ümumi ehtiyatları 1,2 trilyon kubmetr həcmində dəyərləndirilir. Bu, “Əsrin müqaviləsi”ndən sonra ikinci böyük enerji layihəsidir. Prezident İlham Əliyev bu layihənin imzalanmasını müasir Azərbaycanın həyatında tarixi gün adlandırmışdır.
Kimsəyə sirr deyil ki, məhz ölkəmizin enerji siyasəti iqtisadiyyatımızın şaxələndirilməsinə və Azərbaycanda bütün sahələrdə inkişafın əldə edilməsinə imkan yaratmışdır. Məlum olduğu kimi, Azərbaycan müstəqilliyini bərpa etdiyi dövrdə özəl sektordakı ümumi daxili məhsul sıfır faizə bərabər idi. Bu gün isə özəl sektor iqtisadiyyatımızın 85 faizini təşkil edir. Həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizdə işsizlik səviyyəsi 4,8 faizə, yoxsulluq səviyyəsi 5,5 faizə endirilib. Xarici borcumuz ümumi daxili məhsulun sadəcə 8 faizini təşkil edir. Bütün bunlar isə deməyə əsas verir ki, ölkəmizin maliyyə vəziyyəti sabitdir və iqtisadiyyatımızın 55 faizini təşkil edən qeyri-neft sektoruna davamlı olaraq yatırımlar edilməkdədir. Azərbaycan yuxarıda bəhs edilən layihə ilə zəngin qaz ehtiyatlarının istismarına başlayacaq ki, bu da regionun parlaq gələcəyinə geniş imkanlar açacaq. Sözügedən layihə Avropanın mühüm enerji təchizatçısına çevrilən və etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Respublikasının bu istiqamətdə mövqeyini daha da gücləndirəcək. “Şahdəniz-2” Xəzər regionunun Avropa bazarları ilə sıx əlaqələrinin yaradılmasına xidmət edəcək. Bu gün Azərbaycanın beynəlxalq aləmdə təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınmasına, regionda həyata keçirilən layihələrdə liderliyini qoruduğuna görə dövlət başçısı İlham Əliyevin Xəzər Forumu çərçivəsində “İlin Xəzər dövlət adamı” mükafatına layiq görülməsi dövlətimizin artan nüfuzunun növbəti təsdiqidir. Bir sözlə, tarixən neft ölkəsi kimi tanınan Azərbaycan bu gün, eyni zamanda, qaz ixracatçısı kimi nüfuz qazanıb.
Jalə Orucova,
Azərbaycan Respublikasının İlk Ensiklopedik Saytının (azens.az) rəhbəri
Xəbər lenti
Hamısına baxAnalitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45

