Əhalinin tibbi müayinəsi cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da uğurla davam etdirilir
28.03.2014 [08:54]
Prezident İlham Əliyevin ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı respublikamızın hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da uğurla icra olunur.
Rayon icra hakimiyyətindən AzərTAc-a bildirilib ki, əhalinin sağlamlığının qorunmasına yönələn aksiyanın yüksək mütəşəkkilliklə keçirilməsini təmin etmək üçün xüsusi komissiya yaradılıb, tibb ocaqlarında iş qrafiki tərtib edilib. Rayon sakinləri Horadiz şəhər, Əhmədbəyli və Qayıdış xəstəxanalarında, mərkəzi rayon xəstəxanasında və Füzuli Müalicə Diaqnostika Mərkəzində müayinədən keçirilir. Səyyar həkim briqadaları isə müayinəyə gəlmək imkanları olmayan sakinlərə evlərdə xidmət göstərirlər. Fevralın 17-dən indiyədək 46 min 616 nəfər sakin tibbi müayinədən keçirilib. Onlardan 736 nəfəri ambulator, 167 nəfər stasionar müalicəyə cəlb edilib, 58 nəfər müalicə üçün respublikamızın ixtisaslaşmış xəstəxanalarına göndərilib.
Füzuli Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Cümşüd Məmmədov bildirib ki, aksiya xəstəliklərin erkən aşkarlanmasına və əhalinin sağlamlığının qorunmasına xidmət edir. Odur ki, çalışdığı tibb ocağının həkimləri bu nəcib aksiyaya həvəslə qoşulublar. Müayinələri əsasən, cərrah, terapevt, oftalmoloq, nevropatoloq, şüa-diaqnostika, kardioloq və digər tibb mütəxəssisləri aparırlar. Vətəndaşlar kompyuter tomoqrafiyası, kardioqram, ultrasəs, rentgen, laborator və sair müayinələrdən keçirilir. Sakinlər daha çox böyrək, ürək-damar, həzm, qan təzyiqi, şəkərli diabet və revmatik xəstəliklərdən əziyyət çəkdiklərini bildirirlər. İndiyədək müalicə diaqnostika mərkəzində 6369 nəfər vətəndaş müayinə olunub.
Prezident İlham Əliyevin Azərbaycanın hər vətəndaşının sağlamlığına diqqəti və qayğıkeş münasibəti sakinlər tərəfindən minnətdarlıqla qarşılanıb. Tibbi müayinədən keçən Horadiz şəhər sakini İbrahimova Şəhla AzərTAc-a müsahibəsində deyib: “Digər sakinlər kimi, həkimlər məni də bu gün hərtərəfli müayinə etdilər. Müayinə zamanı səhhətimdə heç bir problem aşkarlanmadı. Qayğımıza belə yüksək səviyyədə qaldığı üçün dövlətimizə və Prezidentimizə minnətdarıq”.
Xəbər lenti
Hamısına baxAnalitik
31 İyul 09:56
Dünya
31 İyul 09:45
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31

