Anormal hava şəraiti təbiətə də, insana da təhlükəlidir
16.01.2014 [14:41]
Mütəxəssislər belə havalarda ehtiyatlı olmağı tövsiyə edirlər
Son günlər Azərbaycan ərazisində havalar mövsüm normalarından fərqli olaraq, əsasən yağmursuz və günəşli keçir. Bəs havaların belə quraq və günəşli keçməsinin təbiətə və insan orqanizminə nə kimi təsiri var?
Mütəxəssislər qış aylarında havaların normadan isti keçməsinin məhsuldarlığa mənfi təsir edəcəyini düşünürlər. Bu, əsasən dəmyə əkinçiliyində və taxılçılıqda özünü göstərə bilər.
Havaların isti keçməsi məhsuldarlığa mənfi təsir göstərə bilər
Mütəxəssislərin fikrincə, havaların isti keçməsi meyvəçiliyə də mənfi təsir edir. Çünki isti hava meyvə ağaclarının tez tumurcuqlanmasına səbəb olur. Ancaq qəfil düşəcək soyuq, şaxta cücərmiş, pöhrə vermiş bitkiləri məhv edə bilər. Məhv olacaq, çürüyəcək bitkilərin isə yazda göyərməsi mümkün olmur.
Ekspert Vahid Məhərrəmov hesab edir ki, havaların isti keçməsi bəzi bitkilərə müsbət, bəzilərinə isə mənfi təsir edir. Onun fikrincə, havaların belə keçməsi istixanalarda yetişdirilən məhsullar üçün effektlidir: “Çünki havaların günəşli, isti keçməsi ilə əlaqədər istixanalardakı bitkilər yaxşı inkişaf edir. Həmin bitkilərdə fotosintez prosesi normal gedir ki, bu da bitkinin inkişafı ilə yanaşı, məhsuldarlığa müsbət təsir edir”.
Müsahibimiz deyir ki, havaların günəşli keçməsinin taxılçılığa zərəri var: “İndiki mərhələdə hava və toprağın soyuq olması daha əlverişlidir. Çünki belə olanda bitkidə inkişaf zəifləyir. Bu dövrdə taxıl bitkisində inkişaf sürətlənərsə, biçin vaxtı məhsuldarlıq aşağı ola bilər. Yəni, havaların isti keçməsi taxıl bitkisinin kökünün zəif inkişafına, boyunun isə artmasına, vegetasiya prosesinin sürətlənməsinə şərait yaradır ki, hazırkı mərhələdə buna ehtiyac yoxdur. Ancaq indiki mərhələdə bitkinin boyu yox, kökü inkişaf etsə, daha əlverişli olar. Son günlər müşahidə edilən günəşli hava indiki mərhələdə bitkinin kökünün zəif inkişaf etməsinə, vegetasiyanın sürətlənməsinə, torpaqda rütubətin aşağı düşməsinə, zərərverici bakteriyaların, gəmiricilərin sayının artmasına şərait yaradır ki, bu da məhsuldarlığın aşağı düşməsinə səbəb olan amillərdəndir. Havaların isti keçməsi həm də əlavə suvarmaya ehtiyac yaradır. Hazırkı mərhələdə qarın yağması daha əlverişlidir”.
Ekspert, həmçinin, hesab edir ki, havaların isti keçməsi davamlı olarsa, bu vəziyyət meyvəçiliyə də problem yarada bilər: “Meyvə ağacları vaxtından əvvəl tumurcuqlaya, oyana bilər. Həmin şəraitdə şaxta düşsə və havalar soyuq keçsə, tumurcuqlar məhv ola bilər ki, bu da məhsuldarlığa ciddi zərər deməkdir”.
Kəskin hava dəyişkənliyi orqanizmdə ciddi fəsadlar yarada bilər
Bu cür anormal havaların insanların səhhətinə də mənfi təsir göstərə biləcəyi söylənilir. Belə ki, Cahangir Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəliyev deyib ki, əslində, hazırda qışın oğlan çağı - soyuq və qarlı hava şəraiti olmalıdır. Ancaq indi ölkədə adətən yazqabağı müşahidə edilən hava şəraiti hökm sürür: “Bir həftə əvvəl Bakıda gündüz saatlarında 1 dərəcə şaxta müşahidə edildiyi halda, indi temperatur 13-18 dərəcəyə yüksəlir. Halbuki soyuq havalardan sonra isti hava tədricən yaranmalıdır. Bu, baş vermədiyi üçün insan orqanizmi belə hava dəyişkənliyinə birdən-birə öyrəşə bilmir, onun orqanizmindəki bioloji ritmlər öz yerini bir qədər dəyişir. Bunun nəticəsində insanlarda hipertonik kriz, ürəkdə stenokardiya tutması, ürək astması, ağciyər ödemi, infarkt baş verə bilər. Damarlarında həssaslıq çox olan insanlarda isə meteopatik reaksiyalar yaranar”.
Mütəxəssislər onu da qeyd edirlər ki, iqlimin belə dəyişməsi ürək-damar, tənəffüs yolları xəstəliklərindən əziyyət çəkənlərin səhhətinə təsir göstərir. Belə ki, hava şəraitinin dəyişməsi insanlara yaşından, xəstəliyin ağırlıq dərəcəsindən, orqanizmin gücündən asılı olaraq təsir göstərir. Bu amillərdən asılı olaraq, xəstələrin orqanizmlərində müxtəlif dəyişikliklər baş verə bilər. Eyni zamanda, hava şəraitinin dəyişməsi meteoroloji həssas insanlara bu və digər dərəcədə təsir göstərir. Amma orqanizmin ümumi sağlamlıq vəziyyətindən asılı olaraq, hava şəraitinin dəyişməsinin müxtəlif yaş dövrlərində olan insanların səhhətində problemlər yaratması mümkündür. Yaşı 50-dən yuxarı olan insanlarda orqanizmin müxtəlif orqanlarının funksiyalarında istər-istəməz müəyyən məhdudiyyətlər yaranır. Hava şəraitinin dəyişməsi yaşlı, amma sağlam insanlara nisbətən xroniki xəstəliyi olan insanlarda daha tez fəsadlar yarada bilər.
Havanın temperaturu yüksəldikcə, insanlarda immunitet zəifləyir...
Havanın temperaturu yüksələn zaman atmosfer təzyiqi də dəyişərsə, bu, ürək-damar sistemi xəstəliyindən əziyyət çəkənlərin səhhətlərinə daha çox təsir göstərir. Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, Azərbaycanın baş infeksionisti Namiq Əliyev isə bildirib ki, havaların temperaturunun yüksəlməsi insanlarda immunitetin zəifləməsinə gətirib çıxara, bunun da nəticəsində insanlarda soyuqdəymə halları yarana bilər: “Belə halların baş verməməsi üçün insanlar öz immunitetlərini daha da gücləndirməli, geyimlərinə qarşı diqqətli olmalıdırlar. Hazırda uşaqlar arasında qrip infeksiyası yayılıb. Bunun iki səbəbi var: hava şəraitinin mülayim keçməsi və uşaqlar arasındakı təmas. Yeni il bayramı ilə əlaqədar uşaqların bir-biri ilə təması artdı. Bağçalarda, saraylarda keçirilən şənliklərə qatılmaq bütün uşaqların arzusudur. Valideynlər isə hətta xəstə uşaqlarını da bu sevincdən məhrum etmək istəmirlər. Bundan başqa, bu il də hava şəraitinin mülayim keçməsi bakteriyalar üçün normal şərait yaradıb. Hər il bu vaxtlar uşaqlar arasında belə problemlər yaşanır”.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

