Dövlətin və cəmiyyətin vahid amalı - davamlı sülh!
06.05.2026 [09:50]
Bu günlərdə Qərbi Azərbaycan İcmasının (QAİ) təşəbbüsü və təşkilatçılığı ilə “Davamlı sülh və qaçqınların qayıdış hüququ: beynəlxalq hüququn rolu” mövzusunda beynəlxalq onlayn-hibrid konfrans keçirilib. Tədbirdə müxtəlif ölkələrdən siyasətçilər, hüquqşünaslar, akademiklər və beynəlxalq ekspertlər iştirak ediblər.
Bu barədə “Yeni Azərbaycan”a Qərbi Azərbaycan İcmasından (QAİ) məlumat verilib. Konfransın açılış mərasimində moderator qismində çıxış edən Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı davamlı sülhün təmin olunmasında beynəlxalq hüququn rolunu vurğulayıb. Ardınca hüquqşünas, Bakı Dövlət Universitetinin professoru, Qərbi Azərbaycan İcmasının Hüquq Komissiyasının sədri Zahid Cəfərov mövzunun hüquqi aspektlərini geniş şəkildə təhlil edib. Daha sonra deputat, Milli Məclisin Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev qaçqınların qayıdış hüququnun beynəlxalq müstəvidə aktuallığını diqqətə çatdırıb.
Azərbaycanın dünyada təqdir olunan sülh gündəliyi
QAİ-nin təşəbbüsü və təşkilatçılığı ilə baş tutan beynəlxalq konfransda sülh mövzusuna diqqət çəkilməsi təsadüfi deyi. Bu mövzu hazırda dünya üçün heç vaxt olmadığı qədər aktualdır. Bu da onunla bağlıdır ki, soyuq müharibə dönəmindən sonra ayrı-ayrı regionlarda dağıdıcı müharibələr başlayıb və hazırda da davam etməkdədir.
Belə bir şəraitdə otuz il ərzində təcəvüzkarlıq siyasətinə məruz qalmış Azərbaycanın sülh siyasətinə sadiqlik nümayiş etdirməsi dünya üçün bir nümunədir. Müzəəffər Ordumuz 44 bgünlük müharibəni və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatını şanlı zəfərlərlə yekublaşdırıb və özünün ərazi bütövlüyünü, suverenliyini hərbi-siyasi yolla təmin edib. Dünya tarixindən bəllidir ki, müharibələrin qalib tərərfi olan dövlətlər danışıqlar masası qurulanda şərtlər diqtə edir. Azərbaycan isə qalib statusuna rəğmən, məğlub Ermənistanla sülh quruculuğuna heç bir ilkin şərt irəli sürmədən başladı. Daha dəqiq desək, müharibə başa çatandan sonra qarşı tərəfə beş bənddən ibarət sülh paketi göndərməklə bu prosesin təşəbbüskarı qismində çıxış etdi. Respublikamızın başlatdığı və ötən il avqustun 8-də Vaşinqtonda baş tutan Zirvə görüşünədək irəli apardığı sülhyaratma prosesi sırf beynəlxalq hüquqa əsaslanır. Vaşinqtonda əldə olunan razılaşmalar isə bir daha təsdiqlədi ki, dünya Azərbaycanın sülh gündəliyini təqdir edir. Vaşinqton görüşündən sonra tərəflər arasında etimad quruculuğuna start verilib. Artıq region heç vaxt olmadığı qədər sülhə yaxıdır. Azərbaycanın davamlı olaraq beynəlxalq hüquqa əsaslanması sülh quruculuğu prosesinə güclü impuls verir. İndiki şəraitdə ölkəmizin təcrübəsi digər münaqişələrin həllində də bir nümunə kimi götürülə bilər.
Konfrans çərçivəsində keçirilən I panel “Davamlı sülh və qaçqınların geri qayıdış hüququ: beynəlxalq hüququn rolu” mövzusuna həsr olunub. Panelə Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyev moderatorluq edib. Paneldə ATƏT Parlament Assambleyasının Prezidenti (2017-2020), Gürcüstan Parlamentinin üzvü George Tsereteli, Avropa Parlamentinin üzvü, Xarici İşlər Komitəsinin və İnsan Hüquqları üzrə Altkomitənin üzvü, ATƏT Parlament Assambleyasının Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər üzrə Ümumi Komitəsinin sabiq sədri Naço Sançes Amor, Madrid Universitetinin professoru, Pan-Avropa İspaniyası - Beynəlxalq Pan-Avropa Birliyinin Baş katibi Karlos Uriarte Sançez və Milli Məclisin Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev əsas məruzələrlə çıxış ediblər.
Soydaşlarımızın geri qayıtmaq hüququ insan haqları məsələsidir
Konfransda “Kollektiv qayıdış və beynəlxalq hüquqda normativ boşluq” mövzusu ətrafında da geniş müzakirələr aparılıb. Panelin moderatoru Şimali Karolina-Qrinsboro Universitetinin Sülh və Münaqişə Tədqiqatları Departamentinin həmsədri professor Əli Kaan Əsgər olub. Paneldə Giresun Universitetinin professoru, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Yalçın Sarıkaya, ABŞ-ın Tennessi Texnologiya Universitetinin professoru Maykl Qanter, “Eurasiaticanews”un təsisçisi və direktoru, Milanda İtaliya-Azərbaycan Assosiasiyasının vitse-prezidenti Karlo Marino, tanınmış jurnalist və geopolitika üzrə şərhçi, “Tovuzdan Qarabağa: Cənubi Qafqazda müharibənin hərtərəfli təhlili” kitabının müəllifi Malik Əyyub Sumbal çıxış ediblər.
Tarixən indiki Ermənistan ərazisindən zorla çıxarılan azərbaycanlıların yurd yerlərinə qayıtmaq istəkləri də beynəlxalq hüquqa əsaslanır. Kollektiv qayıtmaq hüququ bir neçə beynəlxalq konvensiya ilə tanınır. Qərbi Azərbaycan İcması ötən yüzillikdə dəhşətli deportasiyalar nəticəsində yurd yerlərindən qovulan soydaşlarımızdan formalaşıb. Təəssüf doğuran haldır ki, Ermənistandakı bəzi qüvvələr soydaşlarımızın qayıdış hüququnu yanlış baxış bucağından dəyərləndirirlər. Guya biz bununla Ermənistana qarşı ərazi iddiaları sərgiləyirik. Halbuki Azərbaycanın hansısa bir qonşu dövlətə qarşı ərazi iddiaları yoxdur. Soydaşlarımızın geri qaydış hüququ isə sırf insan haqları məsələsidir.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25

