Bir ölkədən digərinə...
18.12.2025 [08:51]
Dünyanın ən çox miqrantı olan 10 ölkəsi
Bir coğrafiyadan digərinə köç etmək təkcə məkan dəyişikliyi deyil. Bu, insanın yaddaşında və taleyində baş verən dərin bir dönüşdür. Hər miqrant özlüyündə bir hekayə daşıyır: geridə qalan evlərin səssizliyi, tanış küçələrin xatirəsi və qarşıda duran naməlum sabahların ümid və qorxusu...
Miqrasiya və miqrantlar mövzusu müasir dünyada geniş müzakirələrə səbəb olan aktual məsələdir. Baş verən müxtəlif siyasi və iqtisadi proseslər miqrasiyanın xüsusilə sosial-iqtisadi miqrasiyanın genişlənməsinə təsirsiz ötüşmür. Qanuni və qanunsuz, beynəlxalq və ölkədaxili, könüllü və məcburi, daimi və müvəqqəti, ailə birliyi və “beyin axını” kriteriyaları ilə təsnifatlaşdırılan miqrasiyanın coğrafiyası və həcmi genişlənib.
Son dövrlər miqrasiyanın yeni tipləri - yüksək təsnifatlı kadrların miqrasiyası və çox vaxt qanunsuz miqrasiyaya əsas verən ixtisassız şəxslərin miqrasiyası formalaşıb. Məcburi miqrasiya tendensiyası da artıb. Hər dövlətin bu prosesi milli maraqlar, miqrasiya qanunları ilə tənzimləməsi son dərəcə vacib məsələdir. Bu bəşəri prosesin genişlənməsinin əsasında müxtəlif səbəblər durur. Səbəblər isə sosial-iqtisadi, mədəni-siyasi, etnik-dini məqamlarla bağlı məcburi və ya könüllü xarakterlidir.
Demoqrafik proseslərin formalaşmasında...
Bu gün miqrasiya bütün dünyada sosial dəyişikliklərin bir faktoru kimi diqqət çəkir. Söz yox ki, miqrasiya demoqrafik proseslərin formalaşmasında mühüm rol oynayır və əhalinin etnik-mədəni tərkibini yaradır. Reallıq budur ki, bu gün beynəlxalq münasibətlər sistemində miqrasiya geosiyasəti artıq yeni formalaşan bir istiqamət statusu qazanıb.
Yeri gəlmişkən, bu gün bütün dünyada Beynəlxalq Miqrant Günüdür. 1990-cı il 18 dekabrda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiya qəbul edib. İlk beynəlxalq miqrantlar günü ilə bağlı tədbirlər Filippinin paytaxtı Maniladakı BMT binasında - yerli idarəçilər, xarici diplomatlar və beynəlxalq sivil quruluşlarının nümayəndələri tərəfindən keçirilib. 2000-ci ildə isə BMT Baş Assambleyası Konvensiyanın qəbul olunduğu günü Beynəlxalq Miqrant Günü elan edib. Azərbaycan bu Konvensiyaya 1998-ci ildən qoşulub.
Ən çox miqrant olan ölkələr
Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) rəsmi hesabatlarında dünyanın ən çox miqrant olan on ölkəsi açıqlanıb. Hesabata əsasən, dünyada ən çox miqrant olan ölkələr arasında birinci yerdə ABŞ dayanır. Belə ki, hal hazırda bu ölkədə 50,6 milyondan çox miqrant yaşamaqdadır.
İkinci yerdə isə 15,8 milyon miqrantla Almaniya qərarlaşıb. Qəribə olsa da, üçüncü yerdə Səudiyyə Ərəbistanı Krallığıdır ki, burada miqrant sayı 13,5 milyon təşkil edir.
Dördüncü yerdə 11,6 milyon miqrantla Rusiya, beşinci yerdə 9,4 milyon miqrantla Böyük Britaniya qərarlaşıb. Sürətlə inkişaf etməkdə olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 8,7 milyon miqrantla altıncı sırada yer alır.
Miqrant sayına görə, Fransa 8,5 milyon miqrantla yeddinci, Kanada 8 milyon miqrantla səkkizinci sıradadır. 7,7 milyon miqrantla doqquzuncu yerdə Avstraliya yer alıb. 10-cu yerdə isə 6,8 milyon miqrantla İspaniya qərarlaşıb.
Yeganə
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

