Sabahdan Bakıya və respublikanın bütün rayonlarına istiliyin verilməsinə başlanılacaq
14.11.2025 [19:14]
Noyabrın 15-dən paytaxt Bakıya və respublikanın bütün rayonlarına istiliyin verilməsinə start veriləcək. Respublikanın 9 dağ rayonunda - Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik və Şamaxıda isə 34 qazanxana vasitəsilə 1149 mənzilli 34 yaşayış binası, 15 orta məktəb, 3 uşaq bağçası, 2 səhiyyə müəssisəsi, 14 sosial və təsərrüfat hesablı obyekt bu ayın 1-dən “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin istilik mənbələrinə qoşulub.
Bu barədə AZƏRTAC-a məxsusi olaraq “Azəristiliktəchizat” ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun rəisi Elvin Basqallı məlumat verib.
O bildirilib ki, qış rejimi vaxtına keçidlə bağlı hazırlıq işləri həyata keçirilib. Bu işlər çərçivəsində qazanxanalar yoxlanılıb, təmizlənib, oradakı 80 mindən çox avadanlıq saz vəziyyətə gətirilib: “Cəmiyyətin balansında olan min kilometrdən artıq magistral və məhəllədaxili xətlər hidravlik təzyiqlə yoxlanılıb. Harada axıntı, qəza riskləri varsa, aradan qaldırılıb. Cari və ya əsaslı təmir işləri aparılıb, axıntı qeydə alınan xətlər dəyişdirilib. Ötən il 5 qazanxana sökülüb, yerində yenisi tikilib. Bu il isə 7 qazanxana sökülərək yerində yenisi inşa edilib”.
Elvin Basqallı deyib ki, 2025-2026-cı illər payız-qış mövsümü ərzində “Azəristiliktəchizat” ASC-nin Bakı şəhərində və respublikanın regionlarında balansında olan 550 qazanxana və 88 istilik məntəqəsi vasitəsilə 3 min 841 yaşayış binasının, 276 orta məktəbin, 156 uşaq bağçasının, 143 səhiyyə müəssisəsinin və 2 min 786 sosial və təsərrüfat hesablı obyektlərin istilik enerjisi ilə təmin edilməsi nəzərdə tutulub. “İstiliyin qoşulması ilə bağlı müraciətlər var. Qazanxanalar yeniləndiyinə, güc artdığına, müasir tipli olduğuna görə ötən il də bir neçə bina müraciət edib və bu sistemə qoşulub. Fərdi mənzil sahibləri də müraciət edirlər və qoşulurlar. Məqsədimiz abonentlərin sayının çoxaldılması deyil, balansda olan mənzillərin və qeyri-yaşayış obyektlərinin istiliklə təminatında keyfiyyətin artmasına nail olmaqdır”, - deyə o vurğulayıb.
Qeyd edək ki, istiliklə bağlı müvafiq qurumlar tərəfindən qışa hazırlıqla əlaqədar həyata keçirilən tədbirlərlə daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

